Magistraturada təhsil alanlar kreditlə oxuya biləcək?

Azərbaycan Nazirlər Kabineti “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na dəyişiklik edib.
LiderXeber.az fins.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, kredit sistemi işlə tədrisin təşkili qaydaları həm də Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə şamil edilir.
Dəyişikliyə əsasən, professor-müəllim heyətinin mobilliyi (mühazirənin oxunması, seminarların, praktik məşğələlərin, laboratoriya işlərinin keçirilməsi) həm ali təhsil müəssisələri arasında, həm də ali təhsil müəssisələri ilə AMEA arasında xüsusi razılıq əsasında həyata keçirilir.

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group