Magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilmiş imtahan ilə əlaqədar Apelyasiya Komissiyası yaradılıb

2016-cı il iyunun 05-də 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsi üzrə  imtahanın məzmunu və nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

İmtahanın məzmunu ilə əlaqədar müraciətlərin baxılması üçün Apelyasiya Komissiyası  iyunun 7-də saat 10-dan 17-dək TQDK‑nın Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərəcəkdir.

İmtahan nəticələri ilə bağlı müraciətlərin baxılması üçün Apelyasiya Komissiyası isə 08-09 iyun tarixlərində saat 10-dan 17-dək Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcəkdir.

Bakalavrlar Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər./tqdk.gov.az

Leave a Reply

Your email address will not be published.

XARİCDƏ TƏHSİL
Akademi Group