Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Magistratura səviyyəsinə ərizə qəbulu başlanır

tqdk-1Sabahdan etibarən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu başlanacaq.
ANS PRESS-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) saytına istinadən verdiyi məlumata görə, 2015-2016-cı tədris ili üçün ali məktəblərin magistratura pilləsinə ərizə qəbulu fevralın 3-dən 12-ə qədər davam edəcək.Bu müddət ərzində bakalavrlar elektron ərizələri doldurmalıdırlar.

Fevralın 22-də isə magistraturaya qəbul imtahanının 1-ci mərhələsi keçiriləcək.1-ci mərhələdə lazımi balı toplayan tələbələr aprelin 1-10-da proqram seçimi edəcəklər. Qəbul imtahanının 2-ci mərhələsi isə aprelin 26-da keçiriləcək. 7-12 may tarixlərində isə ixtisaslaşma seçimi olacaq.Qeyd edək ki, magistraturaya qəbul ola bilməyən tələbələr üçün boş qalan yerlərə ixtisaslaşma seçimi iyunun 22-28-i arası olacaq.

 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button