İyunun 5-də magistraturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, bakalavrlər 2016/2017-ci tədris ilində Azərbaycan ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına 2-ci mərhələ üzrə iyunun 5-də keçiriləcək imtahana “Buraxılış vərəqəsi”nin çap edə bilərlər.

Qeyd edək ki magistraturauya qəbul imtahanının 1-ci mərhələsində 24110 bakalavr qeydiyyatdan keçib. Onlardan 1695 nəfər imtahana gəlməyib, 4 nəfər qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. 10 nəfər bakalavr isə qaydalara zidd olaraq sual kitabçalarını imtahandan sonra özləri ilə apardığı üçün imtahan nəticələri araşdırılır.

Leave a Reply

Your email address will not be published.