Macarıstanın təqaüd proqramı ilə təhsil alan tələbə ilə müsahibə

Budapeşt Texnologiya və İqtisadiyyat universiteti təkcə Macarıstanın deyil, həm də dünyanın ən tanınmış texnologiya universitetlərindən biridir. Bugünkü müsahibimiz bu universitetdə təhsil alan azərbaycanlı Fuad Rəhimlidir. O, Macarıstan hökümətinin “200 nəfər azərbaycanlıya təqaüdün ayrılması” proqramına uyğun olaraq kimya mühəndisliyi üzrə magist təhsili alır. Müsahibəni Sizə təqdim edirik.

 – Necə oldu ki, məhz Macarıstanda təhsil almağa qərar verdiniz? Bu ölkəyə sizi nə cəlb etdi?
Maracaristanı seçmək səbəbim birincisi Macarıstan hökümətinin 200 Azərbaycan tələbə üçün təklif etdiyi təqaüd proqramı oldu. İkinci səbəb isə burada tədris olunan təhsilin keyfiyyəti oldu.

– Macarıstana gəlməzdən qabaq hansı təəssüratlarınız var idi və gəldikdən sonra bu ölkə sizdə hansı fikirləri formalaşdırdı?

Macarıstana gəlməzdən qabaq bura haqda müxtəlif müsbət fikirlər eşidirdim, bu gəldikdən sonra isə həqiqətəndə Macarıstandakı insanların necə mehriban, gülərüz, başqa ölkədən gələnlərə qarşı qayğıkeş olduqlarının, təhsilə diqqətin və marağın göstərilməsinin şahidi oldum. Bunlar isə Macarıstanda təhsil alacaq tələbələr üçün əsas amillərdən biridir.

 – İxtisasınız haqqında qısa məlumat verə bilərsiniz? Avropanın mühəndislik üzrə ən nüfuzlu ali məktəblərindən olan Budapeşt Texnologiya və İqtisadiyyat Universitetində Kimya Mühəndisliyi üzrə magistraturada təhsil necədir?

Bildimiz kimi Budapeşt Texnologiya və İqtisadiyyat Univeristeti tək Avropanin deyil, ümumilikdə dünyanın mühəndislik ixtisasları üzrə tanınan və öz reytinqini saxlayan univeristetlərdən biridi, bunun səbəbdəndir ki, tədris olunan fənnlər həm nəzəri, həmdə ki praktiki aparılır. Eləcədə mənim təhsil aldığım Kimya Mühəndisliyi ixtisasında ingilis dilində sərbəst danışa bilən müəllimlər işləyir, eyni zamanda universitetimiz tələbələrin yararlanmaları üçün ən müasir laboratoriyalarla təmin olunmuşdur.

 – Siz Azərbaycanda bakalavr təhsili almısınız, Macarıstanda isə magistr təhsili almaqdasınız. Hər iki ölkənin təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?

Əvvəldə qeyd etdiyim kimi müasir təhsil sisteminin olması Macarıstanı Azərbaycandan fərqləndirir. Semestr ərzində müvafiq fənnlər üzrə müəyyən vaxtlarda imtahanlar keçirilir. Bu da öz növbəsində tələbələrin bu fənni tədricən mənimsəməsinə və yekun imtahanlarında əziyyət çəkməmələri üçün bir növ şərait yaradır. Bundan əlavə olaraq digər müsbət cəhət tələbələrin müəllimlərlə bir başa səmimi əlaqədə olmasıdır. Tələbə hər hansı çətinliklə üzləşdikdə müəllimlər bacarılan qədər köməklik göstərirlər.

 

– Siz Macarıstan dövlətinin büdcəsindən maliyyələşən təqaüd proqramı ilə təhsil alırsınız? Bu təqaüd proqramını necə qazandınız?

Bəli mənim carı təsilim Macarıstan dövləti tərəfindən maliyələşdirilir. Bu haqda mən təhsil sərgilərinin birində öyrəndim. Sərgidə eyni zamanda Macarıstan universitetlərinin Azərbaycandakı rəsmi nümayəndəliyi olan STUDY in HUNGARY (www.study-hungary.com, office@study-hungary.com və 050 257 11 41) layihəsi də iştirak edirdi. Beləliklə, təqaüd proqramına müraciət etdim. Bizim təhsil nazirliyi tərəfindən müsahibə edildikdən sonra sənədlərim Macarıstan tərəfinə göndərildi. Bizim təhsil Nazirliyindəki müsahibə isə rahat oldu və səmimi mühitdə keçdi.

– Budapeştdə tələbəlik illərinizdə asudə vaxtı məşğuliyyətiniz nədən ibarətdir? O cümlədən oradakı digər əcnəbi tələbələr öz asudə (boş) vaxtlarını necə keçirirlər ?

Burada həm azərbaycanlı tələbələr, eləcə də başqa dövlətlərin tələbələri üçün asudə vaxtlarını keçirmək məqsədilə çox sayda müxtəlif imkanlar var. Onlardan biri univeristetlər tərəfindən istər Budapest daxili, istərsə də başqa yaxın Avropa şəhərlərinə turların təşkili, xarici tələbələr arasında həftə sonları müxtəlif görüşlərin keçirilməsidır. Buraya müxtəlif oyunlar və viktorinalar daxildir. Vaxtım olduqca mən də belə tədbirlərdə iştirak etməyə çalışıram. Təbii ki, Budapest elə bir şəhərdir ki, hər hansı bir tədbirə və ya tura qoşulmadan belə vaxtini dəyərli və ürəyimiz istəyən kimi keçirmək üçüb hər bir imkanlar mövcuddur.

– Macarıstanı, Budapeşti və universitetinizi hansı səbəblərə görə xoşlayırsınız?

Yuxarıda qeyd etdiklərim Macarıstanı və Budapesti sevməyim üçün əsas səbəb onun təhsili və yaşama imkanlarını bizə uygun olmasıdır. Digər üstünlüklər də öz yerində.

– Macarıstanın yerli əhalisi, mətbəxi və iqlimi necədir? Əncəbi tələbələrə hansı çətinliklər yaranır?

Əminliklə deyə bilərəm ki, Macarıstanda olan əcnəbi tələbələr özlərini heç də yad hiss etmirlər, çünki, yerli əhali bunu əcnəbi tələbələrə hiss elətdirmir. Yəni yerli əhalinin bizə olan münasibəti tələbələrə imkan verir ki, özünü evindəki kimi hiss edəK. Macarıstan mətbəxində isə bizim mətbəxə oxşar bəzi oxşar tamlı yeməklər var ki, bunu da tələbələr ləzzətlə dada bilərlər. Macarıstanın iqliminə gəldikdə isə burada, ümumilikdə müaliyim iqlim şəraiti olur, bir sözlə bura səyahət edərkən bizə yad olmayan iqlimin şahidi ola bilərsiniz.

– Sonda Sizdən artıq xaricdə təhsil alan şəxs kimi oxucularımıza tövsiyələrinizi almaq istərdik. Xaricdə təhsil alan tələbələr universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

Vacib olan bir neçə şərtləri xaricdə təhsil almağa hazirlaşan tələbələrin diqqətinə çatdırmaq istəyirəm. Hansı ölkədə təhsil almağınız önəmli olsa da, ilk növbədə univeristet və ixtisas seçimin düzgün aparılmasıdır.

Bugünkü günümüzdə mövcud olan müxtəlif reytinq cədvəlləri var ki, buna uyğun olaraq  univeristetdə təhsilin keyfiyyətini və s. əvvəlcədən qiymətləndirmək olar. Tələbələrə digər məsləhətim o olardı ki, bacardıqları qədər xarici dil imkanlarını inkişaf etdirmək.

– Maraqlı müsahibəyə görə təşəkkür edirik. 

–  Sizə təşəkkür edirəm ki, gənclərimizə yararlı ola biləcək məsləhət verməyə mənə imkan yaratdınız. İnanıram ki, müsahibəm və məsləhətlərim tələbələrin gələcək seçimlərində az da olsa faydalı olacaq.

Fuad Rehimlifuad rehimli - 3 (1)fuad rehimli - 4

 

 

 

 

Leave a Reply

Your email address will not be published.

XARİCDƏ TƏHSİL
Akademi Group