Macarıstanın ən qədim universiteti Peç Universitetinin prorektoru Dr. Gyula Zeller ilə müsahibə

Gyula Zeller (1)Zəhmət olmasa, özünüzü oxuculara təqdim edin.

Mənim adım Gyula Zeller, Peç Universitetinin (University of Pécs) Maliyyə, Strategiya və Əlaqələr üzrə Vitse-rektoruyam.

Qısaca Peç Universitetini necə təsvir edə bilərsiniz?Peç Universiteti Macarıstanın ən qədim universitetidir və 1367-ci ildə təsis edilmişdir. On fakültə və təxminən 22 min tələbə ilə Peç Universiteti Macarıstanın ali təhsil sistemində mühüm rol oynayır.

Biz 60-dan çox müxtəlif ölkəni təmsil edən 2000-dən çox beynəlxalq tələbəmizin olmasından məmnunuq. Peç Universiteti bir sıra sahələrdə ingilis və alman dillərində geniş çeşidli beynəlxalq proqramlar təklif edir. Bu proqramlar tələbələrə bütün dünyanın hər bir tərəfində müxtəlif və maraqlı karyera imkanları yaradır.

Digər Macarıstan və Avropa universitetləri ilə müqayisədə Sizin universitetin üstünlükləri hansılardır?

Beynəlxalq təhsil sistemində bizim olduqca geniş təcrübə və ənənəmiz var. Peç Universiteti 30 ildir ki, ingilis və 10 ildir ki, alman dilində  tədris olunan tam dərəcə proqramları təklif edir. Bizim 2000-dən çox beynəlxalq tələbəmizin olması universitetimizin üstünlükləri üçün ən yaxşı sübut və zəmanətdir. Biz ildən-ilə sayı artan beynəlxalq tələbələrin ərizələrini qəbul etməkdən məmnunuq. Dərəcə proqramları axtaran əcnəbi tələbələr üçün biz unikal və geniş çeşidli beynəlxalq proqramlar təklif edirik. Hazırda 10 fakültəmizin hamısı əsasən ingilis, həm də alman dilində tədris olunan müxtəlif beynəlxalq dərəcə proqramlarını təklif edir. Bu proqramlar çox rəqabətli təhsil haqları və yüksək akademik keyfiyyəti ilə xarakterizə olunurlar. Əcnəbi tələbələrimiz Peç şəhərində yaşayış xərclərinin paytaxtdan xeyli aşağı olduğunu deyirlər.

Peç Universiteti çox açıq düşüncəli və tələbələri dəstəkləyən bir təhsil müəssisəsidir. Biz beynəlxalq tələbələrin universitetə, eləcə də yerli ictimaiyyətə inteqrasiyasına yardım etmək üçün xüsusi diqqət yetiririk. Bir sıra tələbə xidmətləri, beynəlxalq tələbə icması üçün müntəzəm olaraq müxtəlif tədbirlər, şənliklər, ekskursiyalar təşkil edirik. Məsələn, ilin ən  əlamətdar tədbirlərindən biri olan mədəniyyətlərarası mədəniyyət şənliklərində bizim beynəlxalq tələbələrimiz öz milli yeməklərini bişirir, musiqi və rəqslərini digərlərinə göstərirlər. Peç Universiteti tələbələri üçün bir çox fərqli idman fəaliyyətləri də təklif edir. Hazırda həyata keçirilən və unikal layihələrimizdən olan Rəqs Universitetində tələbələrimiz təmənnasız olaraq 26 rəqs dərslərinə qoşula bilərlər. Digər maraqlı layihəmiz isə tələbələrin musiqi istedadını inkişaf etdirməyə dəstək olmaq üçün yaradılmış Musiqi Universitetidir.

Ali məktəbimizin digər bir üstünlüyü isə çox cəlbedici universitet şəhərində yerləşməsidir. Bizim bənzərsiz gözəlliyə malik olan və mədəni baxımdan fəal Peç şəhəri 2010-cu ildə Avropanın Mədəniyyət Paytaxtı adını aldı. Şəhərimiz təhsil almaq üçün gözəl bir yer olmaqla yanaşı, tələbələrin istədiklərini tapması üçün çox münasib şəhərdir.

Xarici tələbələr üçün Peç Universiteti hansı proqramları təklif edir və tədris dilləri hansılardır?

Peç Universitetində ingilis və alman dillərində bütün səviyyələrdə (BA / BSc, MA / MSc, PhD)  39 dərəcə proqramları tədris olunur və bir çox hazırlıq kursları da mövcuddur.

İngilis dilində bakalavr proqramları:

  • Memarlıq (10 semestr, BSc+MSc);
  • Biologiya (6 semestr, BSc);
  • Biznesin İdarə Olunması (6/7 semestr, BA);
  • Kimya (6 semestr, BSc);
  • Kompyuter elmləri (6 semestr, BSc);
  • Yer elmləri (6 semestr, BSc);
  • İngilisşünaslıq və Amerikaşünaslıq (6 semestr, BA);
  • Coğrafiya (6 semestr, BSc);
  • Riyaziyyat (6 semestr, BSc);
  • Tibb Bacılığı və Xəstəyə Qulluq – Tibb bacılığı İxtisaslaşması (8 semestr, BSc);
  • Tibb Bacılığı və Xəstəyə Qulluq – Fizioterapiya İxtisslaşması (8 semestr, BSc);
  • Bədən Tərbiyəsi və Məşqçilik (6 semestr, BSc);
  • Fizika (6 semestr, BSc);
  • Psixologiya (6 semestr, BA);
  • İdmanın Menecmenti (6 semestr, BSc).

Alman dilində bakalavr proqramları:

  • Etnik alman azlıqları üçün uşaq bağçası müəllimliyi (6 semestr, BEd)

(Kindergärtnerin für Deutsche Minderheiten);

  • Etnik alman azlıqları üçün ibtidai məktəb müəllimliyi (8 semestr, BEd)

(Grundschullehrer für die deutsche Minderheit).

 İngilis dilində magistr proqramları:

  • Tətbiqi İdarəetmə (4 semestr, MSc);
  • Memarlıq (10 semestr, BSc + MSc);
  • Keramika Dizaynı (4 semestr, MA);
  • Klassik Musiqi Təhsili (piano, skripka, fleyta, gitara) (4 semestr, MA);
  • İngilisşünaslıq (4 semestr, MA);
  • Avropa və Beynəlxalq Biznes Hüququ (2 semestr, LL.M.);
  • İnsan Resursları (4 semestr, MA);
  • Beynəlxalq Münasibətlər (4 semestr, MA);
  • Beynəlxalq Münasibətlər üzrə müştərək magistratura proqramı (MA): Avropa Vışeqrad Perspektivində (4 semestr: Peç (Macarıstan), Krakov (Poland), Brno (Çexiya), Banska Bystrica (Slovkaiya)).

Alman dilində magistr proqramları:

  • Alman dili, ədəbiyyatı və mədəniyyəti (4 semestr), (Deutsche Sprache, Literatur und Kultur);
  • Alman dili azlıq dili kimi və ədəbiyyatı (4 semestr), (Deutsch als Minderheitensprache und -kultur).

İngilis dilində tibb proqramları:

  • Stomatologiya (5 il, DMD);
  • Ümumi Tibb (6 il, MD);
  • Tibbi Biotexnologiya (4 semestr, MSc);
  • Əczaçılıq (5 il, Pharm.D.).

Alman dilində tibb proqramları:

  • Ümumi Tibb (6 il, MD) (Humanmedizin auf Deutsch);
  • Stomatologiya (5 il, DMD) (Zahnmedizin auf Deutsch).

İngilis dilində PhD/DLA proqramları:

  • Memarlıq/ Memarlıq Mühəndisliyi;
  • Biologiya;
  • Biznesin İdarə Olunması;
  • Kimya;
  • Yer elmləri;
  • İngilis dilinin tətbiqi linqvistikası;
  • Səhiyyə Elmləri;

Peç Universiteti həmçinin tələbələrin gələcək təhsillərində uğur əldə etmək üçün hazırlıq kursları da təklif edir:

  • İngilis dili üzrə hazırlıq kursu – 10, 11 and 4 aylıq proqram;
  • 3 həftəlik Akademik İngilis dili üzrə hazırlıq kursu;
  • 3 həftəlik Biologiya, Kimya və Fizika üzrə hazırlıq kursu;
  • Biznes Elmləri üzrə hazırlıq kursu – 10 və 4 aylıq proqram;
  • Tibb Elmləri üzrə hazırlıq kursu – 10 və 4 aylıq proqram;
  • Tibbi məqsədlər üçün İngilis dili (EMP) üzrə hazırlıq kursu – 4 həftəlik proqram;
  • Əczaçılıq elmləri üzrə hazırlıq kursu; 10 and 4 aylıq proqram;
  • Psixologiya üzrə hazırlıq kursu; 10 and 4 aylıq proqram;
  • Macarı dili üzrə hazırlıq kursu – 10, 11 and 4 aylıq proqram;
  • Macar dili üzrə 1 semestrlik hazırlıq proqramı.

Universitetin şəhərciyi (kampusu) haqqında da oxucularımıza məlumat verə bilərsinizmi?

Universitetin fakültələri şəhərin müxtəlif yerlərində yerləşir, buna görə də hər yerdə bizim tələbələrə rast gəlmək olar. Bu şəhərciyə sərfləi avtobus xidmətləri ilə gəlmək asandır. Peç Universitetində tələbə olmağın ən böyük üstünlüklərindən biri də odur ki, şəhəri asanlıqla piyada araşdıra bilərsən. Velosiped də gənclər arasında məşhurdur. Bir çox bizim xarici tələbələrimiz şəhərciyə məhz velosipedlə gəlib-gedirlər. Həmçinin yaxınlıqda yerləşən çox gözəl Seksard şəhərində də bizim şəhərciyimiz var. Bütün şəhərciklərimiz yaxşı təchiz olunublar və tələbələri yüksək keyfiyyətli tədris ilə təmin edirlər. Onların bir hisəsi bu yaxınlarda əsaslı təmir edilmiş tarixi binalarda yerləşir, digərləri isə müasir obyektlərdədirlər.

Təhsil haqları, yataqxana xərcləri və tələbələrin digər yaşayış xərcləri hansılardır?

Bizim dərəcə proqramlarının müxtəlif təhsil haqları vardır. Onlar illik 2000 avro və 11,750 avro arasında dəyişir. Macarıstanda yaşayış xərcləri Avropa standartları ilə mqayisədə daha aşağı hesab olunur. Tələbə üçün orta yaşayış xərcləri ayda təxminən 400 avro təşkil edir. Yataqxana qiyməti aylıq cəmi 92 avrodur.

Yaxın gələcəkdə – qarşıdakı sentyabr ayı üçün  Peç Universitetində yeni proqramlar açmaq planlarınız varmı?

Biz daim perspektivli tələbələrin tələblərini təhlil edir və onların ehtiyacları əsasında yeni proqramlar inkişaf etdiririk. Məsələn, Kompüter və İnşaat Mühəndisliyi proqramlarını 2015-ci ildən start verməyi planlaşdırırıq.

Yeni tələbələri cəlb etmək üçün universitetiniz üçün hədəf ölkələri hansılardır?

Hazırda dünyanın 68 ölkəsindən tələbələrimizin olmasından məmnunuq və bütün ölkələrdən tələbələri qəbul etməyə hazırıq.

Azərbaycanda hər hansı bir nümayəndəniz və ya tələbə qəbulu agentliyiniz varmı?

Bəli, var. Bizim rəsmi nümayəndəmiz “Study in Hungary” (Macarıstanda Təhsil) adlanır. Onların internet səhifəsi də mövcuddur: www.study-hungary.com
http://dailynewshungary.com/interview-with-dr-gyula-zeller-the-vice-rector-of-the-university-of-pecs-the-oldest-university-of-hungary/

1620693_1447236738846253_602108636_n  1904069_1447342885502305_761093596_n   10478940_1506442089592384_2590765787760589591_n1458484_1447342912168969_1982191154_n1920205_1447236772179583_699892880_n1901298_1447236762179584_1697554560_n