Macarıstanın ən qədim universiteti azərbaycanlı tələbələr üçün əlçatan olmuşdur.

Pecs universitetiPeç Universiteti (rəsmi qısaldılması PTE), Macarıstanın Peç şəhərində yerləşir və ölkənin ən qədim universitetidir. PTE-nin təxminən 26000 tələbə, 2000 professor və müəllim heyəti var. Universitetdə fəaliyyət göstərən 10 fakultədə verilən geniş təhsil proqramları demək olar bütün elmi sahələri əhatə edir. 2010-cu ildə Peç şəhəri Avropanın Mədəniyyət Paytaxtı seçilmişdi. Ali məktəbin kampusu da bu ada layiqdir və tələbələrin mədəni inkişafına xidmət edir.

 

 

 

Əcnəbi tələbələr Peçs universitetində bakalavrmagistratura və ya doktorantura pilləsində ingilis dilində təhsil ala bilərlər

Peç universitetin tarixi 1367-ci ildən başlayır. Böyük Lui (Louis the Great), yepiskop şəhəri hesab edilən Peçdə universitetin əsasının qoyulmasına sərəncam verdi. Bir neçə mərhələlərdən sonra Universitet regionda təhsil sahəsində ən məşhur və aparıcı universitetlərdən biri oldu. Tarixi orta əsrlərə gedən universitet, öz adət-ənənələrini qorumaqla bərabər, eyni zamanda müasir Avropa ali təhsil institutu adını fəxrlə daşıyır, tələblər üçün keyfiyyətli təhsil və istirahət imkanları da yaradır.

Bolonya təhsil sisteminin uğurlu implementasiyası nəticəsində tələbələr dinamik Avropa ali təhsil sistemində təhsil alırlar. Tələbələrə ilk olaraq bakalavr, daha sonra isə magistratura pillələrində təhsil verilir. Əgər tələbənin birbaşa olaraq bakalavr və magistratura pilləsində oxumaq üçün ingilis dili bilikləri kifayət etməzsə, onda həmin tələbəyə universitetin özündə intensiv ingilis dili proqramında oxumaq təklif olunur. İngilis dili biliklərini artırdıqdan sonra tələbə bakalavr və magistraturada oxumağa başlaya bilər.

Elmə uğur qazanmaq istəyən tələbələr isə həmçinin doktorantura (PhD) dərəcəsini də oxuya bilərlər.

Macarıstanın ən qədim universiteti olmaqla bərabər Peç Universiteti həmçinin beynəlxalq miqyasda da görkəmli yer tutur. Beynəlxalq reytinqlərdə həm universitet, həm də onun ayrı-ayrı fakultələri aparıcı mövqelərdə qərarlaşıblar.

Belə ki, Məşhur QS Dünya Universitetləri Reytinqinə əsasən (QS World University Ranking), Peç Universiteti dünya universitetlərinin 201-250 pillələrində qərarlaşıb. Bundan başqa, İngilis Dil və Ədəbiyyat Kursu top 200 arasında 53-cü yeri tutur.

URAP-a (University Ranking by Academic Performance) görə Peç Universiteti 28 000 ali təhsil institutları arasında 2013-cü ildə 815-ci yeri tutub. Bu reytinq məşhur beynəlxalq tədqiqatlar institutu tərəfindən aparılıb. Bu nəticə onu göstərir ki, universitet dünyada olan ən yaxşı ali təhsil instututlarının ilk 3%-ə daxil olur.

Webometrics-ə (Ranking Web of World Universities) görə, Peç Universiteri 2015-ci ildə dünyanın 1000 ən yaxşı təhsil institutları arasında 880-ci yerdədir. Webometrics ali təhsil institutlarının ən geniş internet bazalı akademik reytinqini elan edən qurumdur.

U-Multirank-a görə Peç Universitetinin Biznes və İqtisadiyyat fakultəsi 412 biznes məktəbləri arasında 56-cı yeri tutur.

Milli reytinqə gəlincə, ölkə daxili universitetlərin reytinqini tərtib edən HVG Diploma-ya görə Peç Universiteti Macarıstanda dördüncü yeri tutur, professor və müəllim heyətinin keyfiyyətinə görə isə ikinci yerdə qərarlaşıb. Ali məktəbdə Erasmus və digər mübadilə proqramları ilə gələn əcnəbilərin həyatını daha maraqlı etmək üçün müxtəlif tədbirlər (ölkələrin təqdimatı, görməli yerlərə gəzinti və s.) keçirilir.

Artıq azərbaycanlı tələbələrin də bu nufuzlu universitetdə təhsil almaq fürsəti vardır. Belə ki, Macarıstanda təhsillə məşqul olan “Study in Hungary” layihəsi Peçs universitetinin Azərbaycandakı rəsmi nümayəndəsi olaraq bu universitetə tələbə qəbulu prosesini aparır. (Saytı: www.study-hungary.com, e-mail: office@study-hungary.com, +99455 668 94 82 və 050 257 11 41 ) Məhz onların köməkliyi ilə azərbaycanlı tələbələr orada təhsil almağa başlayırlar. Sadə dildə desək, Macarıstanın ən qədim universiteti azərbaycanlı tələbələr üçün əlçatan olmuşdur.

Əcnəbi tələbələrə aşağıdakı qiymətlərə intensiv ingilis dili kursu, bakalavr, magistratura və PhD pillələrində müxtəlif ixtisaslar təklif olunur.

 1) İntensiv ingilis dili kursu – 4 ay – 3500 avro, 10 ay – 5500 avro və 11 ay – 6300 avro

2) Memarlıq, bakalavr+magistr pilləsi – 2300 avro / semestr

3) Biznesin idarə olunması, bakalavr pilləsi – 2750 avro / semestr

4) Kimya, bakalavr pilləsi – 2500 avro / semestr

5) Kompüter elmləri, bakalavr pilləsi – 2500 avro / semestr

6) İngilis dili və Amerikaşünaslıq, bakalavr pilləsi – 1800 avro / semestr

7) Beynəlxalq münasibətlər, bakalavr   pilləsi – 1600 avro / semestr

8) Psixologiya, bakalavr pilləsi, 3450 avro / semestr

9) Tətbiqi menecment,  magistr pilləsi – 2900 avro / semestr

10) İngilis dili və mədəniyyəti, magistr pilləsi – 2000 avro / semestr

11) Avropa və beynəlxalq biznes hüququ (LL.M.) – magistr pilləsi -2000 avro / semestr

12) İnsan resursları, magistr pilləsi – 3990 dollar / semestr

13) Beynəlxalq münasibətlər, magistr  pilləsi – 1800 avro / semestr

14) Biznesin idarə olunması, doktorantura pilləsi – 12 500 avro / bütün təhsil üçün

15) Memarlıq (Memarlıq mühəndisliyi), doktorantura pilləsi -2300 avro / semestr

 Macarıstanın ən qədim universitetində təhsil almaq istəyənlər aşağıdakı formanı doldura bilərlər. Forma doldurulandan sonra ən qısa müddət ərzində Sizin suallarınıza cavab veriləcəkdir.

 Pecs universiteti - 1Pecs universitetinin semadan gorunushuPecs universitetinin parkiPecs universitetinde auditoriyaPecs universitetinin mezunlariPecs universitetinde tibb fakultesinin telebleri

 

 

 

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group