Macarıstanda təqaüd proqramları barədə təqdimat keçiriləcək

Macarıstan universitetlərinin Azərbaycandakı rəsmi nümayəndiliyi olan STUDY in HUNGARY-nin təşkilatçılığı ilə 20 dekabrın 2015-ci ildə Bakıda Macarıstanda təhsil və təqaüd proqramları barədə təqdimat keçiriləcək.

Təqdimat saat 14:30-da STUDY in HUNGARY-nin Bakı ofisində başlayacaq. Tədbirdə Macarıstanda təqaüd proqramları, o cümlədən İnternational Business School universiteti, Budapeşt Texnologiya və iqtisadiyyat Universiteti, Corvinus Universiteti, Debrecen Universiteti və digər ali məktəblər barədə ətraflı məlumat veriləcək. Qeyd etmək yerinə düşər ki, STUDY in HUNGARY-nin əksər Macarıstan universitetlərindən rəsmi təmsiletmə sertifikatları vardır.

Qeyd edək ki, Macarıstan universitetləri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin təhsil aldıqları xarici ali məktəblər sırasındadır və bu universitetlərin diplomları Azərbaycan hökuməti tərəfindən tanınır. Həmçinin Macarıstan hökuməti keçən ildən etibarən 200 azərbaycanlı tələbənin bu ölkənin dövlət universitetlərində təhsili üçün təqaüd ayırıb. Hər iki proqram azərbaycanlı tələbələrin Macarıstanda təhsil alması üçün əlverişli şərait yaradır.

Təqdimat zamanı adı çəkilən universitetlərdə iqtisadiyyat, maliyyə, biznes, beynəlxalq əlaqələr və diplomatiya, turizm menecmenti, incəsənət, musiqi, rəsm və fotoqrafiya, kompüter mühəndisliyi, tikinti, inşaat, mühəndislik, insan resursları menecmenti, tibb, müalicə işi və intensiv ingilis dili kursları barədə məlumat veriləcək.

Xatırladaq ki, Macarıstan bir çox üstünlüklərə malik ölkədir. Belə ki, Avropa məkanında ən münasib təhsil və yaşayış xərcləri, daha az sənəd tələb edən və sadələşdirilmiş qəbul şərtləri, Nobel mükafatı qazanmış alimlər və ixtiraçılar yetişdirən ingilis dilli təhsil sistemi Macarıstanı digər ölkələrdən əsaslı şəkildə fərqləndirir.

Təqdimata giriş sərbəstdir. Maraqlananlar əvvəlcədən qeydiyyatdan keçməklə bu təqdimatda iştirak edə bilərlər. Qeyd olunmuş telefon nömrəsinə və e-mailə : (+994 50) 257 11 41 office@study-hungary.com ) öz ad və soyadlarını  yazmaqla qeydiyyatdan keçmək mümkündür. Qeydiyyat dekabrın 18-i saat 12:00-da başa çatacaq. Təqdimatda iştirak edəcək şəxslərdən xarici pasportlarını (əgər varsa İELTS və ya TOEFL sertifikatlarını) gətirməkləri xahiş olunur.

Təqdimat iştirakçıları 20 dekabr tarixi saat 14:30-da Nərimanov metrosunun yaxınlığındakı Metroparkın qarşısında qarşılanacaq və STUDY in HUNGARY-nin ofisinə aparılacaqlar.

hungary_flag_map

Logo - study IN hungary

Budapest sheherinden menzere

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group