“Macarıstanda pulsuz təhsil” müsabiqəsi elan olunur

Budapest sheherinden menzereMacarıstanda təhsillə məşqul olan “Study in Hungary” layihəsi gənclər üçün “Macarıstanda pulsuz təhsil” müsabiqəsi elan edir. Müsabiqəyə qoşulan və seçilən şəxslər “Study in Hungary” layihəsində “Xaricdə təhsil üzrə menecer” vəzifəsində könüllü kimi 2015-ci ilin noyabrdan 30-dan 2016-cı ilin iyun ayının 30-a kimi fəaliyyət göstərəcəklər. Müsabiqənin qalibinə 2 mükafat təqdim ediləcək, o isə aşağıdakı 2 mükafatdan yalnız birini seçə bilər:

 

 

1) 2016-ci ilin iyul ayında Budapeştdə yay məktəbində pulsuz istirahət;
2) Macarıstanda təhsil məqsədilə təqaüd qazanmaq üçün “Study in Hungary” tərəfindən pulsuz xidmətin göstərilməsi.

Layihənin əvvəlində Menecerə treninq keçiriləcək, daha sonra isə o, aşağıdakı işləri görəcək:
– Xaricdə təhsillə bağlı tələbələrin verdiyi sualları e-maillə cavablandırmaq;
– Sosial şəbəkələrdə məlumatlar paylaşmaq;
– Sadə mətnləri ingilis (rus) dillərindən azərbaycancaya və əksinə tərcümə etmək;
– Tələbələrə universitet və ixtisas seçimində məsləhətlər vermək;
– Təqdimatların təşkilində iştirak etmək;
– Xaricdə təhsil almaq üçün tələbələrin cəlb edilməsi və s.

Tələb olunan şəxsi keyfiyyətlər, bilik və bacarıqlar:
– İnternetdən, e-maillərdən və sosial şəbələkərdən istifadə bacarığı, yeni işləri həvəslə öyrənmək istəyi, məsuliyyətli, dəqiq, motivasiyalı.

Seçim zamanı aşağıdakı kateqoriyadan olanlara üstünlük veriləcək:
– Macarıstanda təhsil və təqaüd qazanmaq istəyən tələbələrə;
– İngilis (və rus) dillərini kifayət qədər bilənlərə;
– Gənclər təşkilatlarında, ictimai birliklərdə aktiv mövqe tutanlara və şəxsi əlaqələrə malik olanlara.

Bu görüləcək işlər gün ərzində ofisdə daimi oturmağı tələb etmir. Universitetdə təhsil alaraq və ya hər hansı başqa yerdə işləyərək də bu işləri görmək mümkündür. Maraqlananlar aşağıdakı sadalanan 2 sənədi 20 noyabr 2015-ci il tarixə kimi office@study-hungary.come-mailinə göndərməlidirlər.

1) CV;
2) “Macarıstanda təhsil istiqamətində hansı işləri görə bilərəm (niyə məhz mən müsabiqənin qalibi olmalıyam)” mövzulu 2 səhifədən artıq olmayan Azərbaycan dilində motivasiya məktubu.
E-mail yazarkən mövzu yerində (ingiliscə – subject, rus dilində e-mail işlədənlərdə isə – тема – bölməsində) “Macarıstanda pulsuz təhsil” müsabiqəsi yazmağınız tələb olunur.

Bütün müsabiqə istirakçılarına uğurlar arzu edirik!

study IN hungary - logo

 

 


Leave a Reply

Your email address will not be published.

İngilis dili 45 AZN!
Ünvan