Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Macarıstanda kənd təsərrüfatı üzrə magistraturada pulsuz təhsil

history  Macarıstan Kənd Təsərrüfatının İnkişafı Nazirliyi tərəfindən verilən təqaüd proqramı kənd təsərrüfatı sahəsində iki illik magistratura pilləsində təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulub. Bu təqaüdü Azərbaycan vətəndaşlarının da qazanması mümkündür.

Təhsil dili ingilis dili olacaq və seçilmiş tələbələr 2015-ci ilin sentyabr ayında Macarıstanda oxumağa başlayacaqlar. Təqaüd yalnız magistratura pilləsi üçün və aşağıdakı ixtisaslar üzrə müvafiq ali məktəblərdə təhsili əhatə edir:

– Kənd təsərrüfatının inkişafı və aqrobiznes (Szent István University, Faculty of Economics and Social Sciences);

– Bitkilərin mühafizəsi (University of Pannonia, Georgikon Faculty);

– Heyvanların qidalandırılması və ərzaq təhlükəsizliyi (Kaposvár University).

Təqaüd aşağıdakı xərcləri qarşılayır:

– təhsil haqqı;

– əsas kitablar və tədris materialları;

– yataqxanada qalmaq haqqı;

– tibbi sığorta xərcləri;

– yaşayış xərcləri.

Təqaüdü qazanan tələbələr Macarıstana gəliş-gediş, viza sənədləşməsi xərclərini isə özləri ödəməlidirlər.

Təqaüd proqramına sənədləri göndərmək üçün son tarix 2015-ci il 31 yanvardır. Daha ətraflı məlumat üçün aşağıdakı formanı doldurmağınız xahiş olunur.

University_of_Gödöllő_02tumblr_lbgbaiKMLo1qd7a2no1_1280safe_image


Daha çox göstər

Oxşar xəbərlər

Back to top button