Macarıstanda işləyən Azərbaycanlı gənc bizimlə öz təcrübəsini bölüşür

1– Necə oldu ki, məhz Almaniyada təhsil almağa qərar verdiniz? Bu ölkəyə sizi nə cəlb etdi?

Almaniyanın həm iqtisadi həm təhsil və həm də təhlükəsizlik baxımından dünyanın ən öndə gedən dövlətlərdən birində olması mənim diqqətimdən yayına bilməzdi. Almaniyadakı havanın soyuq olmasına baxmayaraq ekoloji cəhətdən çox təmiz olması mənim çox xoşuma gəldi. Əminliklə deyə bilərəm ki, Almaniya hem oxumaq həm də yaşamaq üçün ən yaxşı 5 ölkədən biridir.

 – Almaniyada təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?

Almaniyadakı təhsil sistemi Azərbaycan təhsil sistemindən dəfələrlə üstündür. Almaniyada keçirilən dərslər əsasən müəllim və tələbə arasında dialoq əsasında qurulur, yəni, mövzunun yeni olmasına baxmayaraq müəllim digər dərslərə və ya praktiki misallara əsaslanaraq kecdiyi mövzunu tələbələrə tam olaraq çatdırır. Evdə sadəcə əlavə olaraq müəyyən dərəcədə dərsdə oyrəndiklərimizi genişləndirirdik. Oxuduğum müddət ərzində ən çoc xoşuma gələn məqamlardan biri alman təhsil sistemində individual yox, daha çox komanda şəklində fəaliyyətin nə qədər önəmli və faydalı olması idi. Çünki orada qrup işlərinə professorlar çox önəm verirlər və alınan qiymət imtahandan alınan qiymətə təsir edir və ümumilikdə toplam qiymət imtahan və qrup işindən aldıgın qiymətin cəmi olur. Təəssüflər olsun ki, azərbaycan təhsil sistemində qrup işi ümumiyyətlə mövcud deyi,l həmçinin də imtahanlar test üsulu ilə olduğu üçün artıq öz dəyərini itirir və təhsil sistemi əzbərçilik üzərində olur. Almaniyada isə imtahan test yox yazılı formada olur və tələbə məcburdur ki, semester ərzində keçdiklərini yeniden təkrarlasın və öz biliyini imtahanda nümayiş etdirsin. Almaniyada yataqxana şəraiti muasir standartlara cavab verən səviyyədə mövcuddur və qiymət baxımından kirayə verilən evlərdən daha ucuzdur.

 – Xaricdəki tələbəlik illərinizdə asudə vaxtı məşğuliyyətiniz nədən ibarət olub? O cümlədən digər əcnəbi tələbələr öz asudə (boş) vaxtlarını necə keçirirlər? 

Boş vaxtlarımız əsasən həftəsonları olurdu və bu zaman bəzən futbol oynayırdıq, bəzən görüşüb hansısa PUB-a gedirdik, bəzən isə party-lər təşkil edirdik. Almaniyada pivə festivalı, şokolad festivalı və digər bu kimi event-lər də bizi, yəni, bir yere yığmaqda, asudə vaxtımızı səmərəli keçirməkdə ən gözəl nümunələrdən biri idi. Bundan əlavə təhsil aldığım universitet də tələbələrin boş vaxtını maraqlı keçirməsi üçün bir çox əyləncələr təşkil edirdi.

 – Siz dünyanın ən nüfuzlu şirkətlərindən biri olan TATA-nın Budapeştdəki ofisində bir müddət işləmisiniz, bu şansa necə nail oldunuz? İş prosesində qazandığınız dəyərli təcrübənizi bizimlə paylaşa bilərsinizmi?

 Mən AİESEC adlı tələbə təşkilatına üzv oldum və bu təşkilatın vasitəsilə dünyanın müxtəlif ölkələrində təcrübə proqramı (internship) axtarmaq qərarına gəldim. Əvvəlcə Meksikda audit şirkətlərindən biri olan KPMG məni işə götürmək istəsə da ölkənin uzaqda yerləşməsi ve bir çox mənəlarda mənə sərf etməməsinə görə mən Meksikaya işləməyə getmədim. 1 Həftə sonra isə TATA Consultancy Services adlı şirkətin Budapeştdəki ofisindən mənə dəvət gəldi. Avropanın həm strateji mərkəzlərindən olan və həm də öz gözəlliyi və rahatlığı ilə məni valeh edən bu ölkə mənim diqqətimi cəlb etdi. Mən 4 mərhələdən ibarət olan müsahibədə bütün rəqiblarimi üstələyərək burada təcrübə keçmək şansı qazandım. TATA-da bir çox millətlərdən olan insanlarla çalışıram və bu mənə çox boyük beynelxalq təcrübə qazandırır. Çünki fərqli mədəniyyətlər, fərqli yaşam tərzi, eyni zamanda iş mühitində hər hansı problemi həll edərkən fərqli fikir və baxış tərzi mənə böyük təcrübə qazandırıb. Hər kəsə arzu edərdim ki karyeraya başlayarkən məhz bu cür beynəxalq mühiti özündə əks etdirən şirkətdə işləsinlər, çünki bu həm onların insan kimi, həm da bir mütəxəssis kimi yetişməsində çox mühüm rol oynayacaq.

 -İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatmışdı? Budapeşti bəyəndinizmi?

İlk gəldiyim tarix çox gözəl yadımdadır. 24 Dekabr 2013-cü ildə mən Almaniyadan Macarıstanın paytaxtı Budapeştə gəldim. İlk təəssüratlarım əla oldu. Milad bayrami ərəfisinə təsadüf etdiyindən şəhərdə gözəl abu-hava var idi. Burada insanlar səmimi və mehribandır. Bir şeyi soruşarkın çox təmkinlə və gülərüz şəkildə sənı izah edirlər. Hal-hazırda da Budapeşdəyəm və burada olmaqdan çox məmnunam. Avropanın bir çox tanınmış şəhərlarinda olmuşam amma Budapeşt qədər rahatlığı olan şəhərə rast gəlməmişam.

– Siz Avropanın 2 müxtəlif ölkəsində və kifayət qədər böyük şəhərlərdə yaşamısınız. Bu şəhərlərin hansı özünəməxsus xüsusiyyətlərini bəyəndiniz və fərqliliklərini nədə gördünüz?

 Mən Almaniyada təhsil alarkən cənub hissədə yaşayırdım. Ştuttqart Almaniyanın sənaye şəheri olmasına baxmayaraq çox təmiz və digər regionlara nisbətən daha mulayim hava şəraiti ilə seçilirdi. Müqayisədə yaşadığım və təhsil aldığım (3-cü semester) Cardiff şəhəri Britaniya ərazisində olduğundan hər gün yağış yağır və hava Almaniyadakından daha soqyu idi. Bu isə bir isti ölkədən gələn adam kimi, təbii ki, mənə xoş təsir bağışlamırdı. Amma gözəlliyinə görə məncə Cardiff Ştuttqartdan daha gözəl idi. Lakin Budapeşti gördükdən sonra deyə bilərəm ki, Budapeşt yaşadığım və təhsil aldığım Ştuttqart və Cardiffdən daha gözəl və rahat şəhərdir.

 – Xaricdə təhsil alan tələbələr universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

Xaricdə təhsil alarkən ilk öncə hər kəs öz xarakterinə fikir verməlidir. Məsələn mənim müşahidələrimə əsasən bəzi tələbələr Almaniyaya gədikdən sonra çox şikayətlənirdilər və hətta Türkiyəda oxumaq istıyirdilər, çünki alman soyuqluğuna və həmçinin iqlim şəraitinə uyğunlaşa bilmirdilər. Amma mən öz xarakterimdən deyə bilərəm ki, Almaniya məhz mənim kimi insanlar üçün əla seçimdir. Düzgünlük, dəqiqlik və gərgin çalışmaq.

Bundan başqa onlara məsləhət  görərdim ki, getdikləri ölkənin dilini əvəəlcədən az da olsa öyrənsilər, bu onlara orada daha rahat yaşamağa kömək edəcək. Bundan əlavə seçəcəkləri ölkə, şəhər və universitet haqqında internetdən ətraflı məlumat toplamaqları onlara çox kömək olacaq. Universitet seçerkən öz ixtisasları üçün hansı fənlərin keçirilməsi, umumiyyətlə, oxuyacaqları proqram haqqında universitetin internet səhifəsindən ətraflı məlumat toplamalarını tövsiyyə edərdim.

 – Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Buyurun. Xoş oldu.

4362


Daha çox göstər

Oxşar xəbərlər

Back to top button