Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Macarıstanda Dövlət proqramı ilə pulsuz təhsil alın

İBSBu dəfə Sizə Macarıstanın başqa bir universiteti International Business School haqqında məlumat vermək istərdik. International Business School Budapest (Macarıstan) The University of Buckingham (Böyük Britaniya) ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir. Bu ali məktəbin iki ölkədə (Macarıstan və Avstriyada) yerləşən kampusları tələbələrə əsl beynəlxalq universitetdə təhsil vəd edir. Bu ali məktəb bu il “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na salınıb (http://xaricdetehsil.edu.gov.az/c-dphaqqinda/universitetler/). Belə ki, bu ali məktəbə daxil olan tələbələr həm də xaricdə təhsil üzrə dövlət proqramına qəbul olsalar, onların bütün təhsil xərcləri dövlət hesabına ödənəcək.

 

IBS-də oxumağın üstün cəhətləri:

– Avropa standartlarına uyğun yüksək təhsil sistemi, ixtisaslı müəllimlərin müasir metodlarla maraqlı dərs keçməsi;

– Dünyanın 80-dən çox ölkəsindən 1200-dən çox tələbə ilə beynəlxalq mühitdə ingilis dilində təhsil almaq;

– Digər xarici dilləri (rus, ispan, alman, macar, fransız və s.) öyrənmək imkanı;

– Əla şəraiti olan kampus, müasir tədris binası, rahat yataqxanası, idman zalı, yeməkxanaya malik olması;

– Erasmus proqramı çərçivəsində 18 Avropa Birliyi ölkəsində 66 partnyor universitetdə bir semestr təhsil almaq seçimi;

– Tələbələrə qayğı ilə yanaşma, problemlərin vaxtında həll olunması, müxtəlif maraqlı və əyləncəli tədbirlərin təşkil olunması;

– Hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil alma imkanı;

– Macarıstanın paytaxtı Budapeştdə qiymətlərin Bakıya nisbətən daha ucuz olması;

– Avstriyanın paytaxtı Vyananın həyat keyfiyyətinə görə dünyada bütün şəhərlər arasında birinci yerdə olması;

– Təhsili bitirdikdə Böyük Britaniyanın reytinqində 16-cı yerdə olan universitetin diplomunu almaq;

– Universitetin tələbələrinin təhsil aldıqları zaman və məzun olduqdan sonra 300-dən çox nüfuzlu partnyor şirkətdə (IBM, BMW, Deutche Bank, Vodafone, Sony, PwC və s.) yüksək səviyyəli işlər tapması və s.

 

Kampus

Ali məktəbin Budapeştdəki kampusu dünyanın ən nüfuzlu şirkətlərinin ofisi yerləşən “Graphi Soft” Parkında (http://www.graphisoftpark.com/) olacaq ki, bu da tələbə və məzunların daha rahat iş tapmasına yardım etmə məqsədi daşıyır. Vyanadakı kampusun isə orada təhsil alan xarici tələbələrin cəmləşdiyi “Europahaus” adlanan ərazidə yerləşməsi tələbələrin həyatını daha maraqlı edir.

 

Budapeşt korpusunda ixtisaslar və təhsil proqramları

 

Bakalavr

– Menecment;

– Biznes və diplomatiya;

– Biznes və turizm

– Maliyyə menecmenti;

– İnformasiya sistemləri menecmenti;

– Menecment və xarici dillər (alman, ispan, fransız);

– İncəsənət menecmenti;

– Psixologiya və menecment.

 

Magistr proqramları

– İnsan resursları menecmenti (Şərqi Avropada 4-cü yer);

– Marketinq menecmenti (Şərqi Avropada 6-cı yer);

– Maliyyə menecmenti (Şərqi Avropada 8-ci yer);

– Beynəlxalq biznes (Şərqi Avropada 12-ci yer).

 

Dil kursları

– 4 həftəlik yay məktəbi (ingilis dilində əyləncə, ekskursiya, əyani dərslər, oyunlar və s.);

– 9 aylıq intensiv ingilis dili kursu;

– 2 semestrlik tibbi ingilis dili kursları. Bu kurslarda təhsil almış şəxslər Macarıstanın və digər ölkələrin tibb universitetlərində ingilis dilində asanlıqla təhsil ala biləcəklər. Birinci semestrdə ingilis dili, ikinci semestrdə isə tibb üçün ixtisaslaşmış biologiya, kimya və fizika dərsləri ingilis dilində tədris olunur.

 

Vyana korpusunda ixtisaslar və təhsil proqramları

 

Vyanada korpusunda yalnız magistr proqramlarında təhsil ala bilərsiniz:

– İnsan resursları menecmenti (Şərqi Avropada 4-cü yer);

– Marketinq menecmenti (Şərqi Avropada 6-cı yer);

– Maliyyə menecmenti (Şərqi Avropada 8-ci yer);

– Beynəlxalq biznes (Şərqi Avropada 12-ci yer).

 

Təhsil xərcləri

Budapeştdə 4 həftəlik ingilis dilini öyrənmək üçün yay məktəbi təhsil, yemək və qalmaq xərcləri daxil olmaqla cəmi 1550 avrodur. Digər proqramlarda oxuyan tələbələr bütün xərclərini (təhsil haqqı, sığorta, viza, nəqliyyat, yemək, qalmaq xərcləri və s.) özləri ödəməlidirlər. Ali məktəbdə hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil alma imkanı mövcuddur.

 

Təhsil haqları (hər semestr üçün avro ilə)

– Budapeştdə intensiv ingilis dili proqramı (2 semestr) – 1900

– Budapeştdə tibbi ingilis dili proqramı (2 semestr) – 2750

– Budapeştdə bakalavr proqramları (6 semestr) – 3300

– Budapeştdəki magistr proqramları (2 semestr) – 4350

– Vyanadakı magistr proqramları (2 semestr) – 5900

Təhsil haqqına əlavə olaraq Avropa Birliyindən olmayan ölkələrin, o cümlədən Azərbaycan Respublikasının vətəndaşları viza və miqrasiya sənədlərinin hazırlanması üçün 900 avro qeydiyyat haqqını ilk ilin təhsil haqqısı ilə birlikdə ödəməlidirlər.

Bütün proqramlar üzrə sənəd qəbulu başlayıb. Biz International Business School-un Azərbaycanda rəsmi nümayəndəsi olduğumuz üçün aşağıdakı formanın köməyi ilə bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Universitetə qəbul qaydaları, ərizə formasının doldurulması, viza proseduru və digər Sizi maraqlandıran suallara cavab verməyə hazırıq.


Daha çox göstər

Oxşar xəbərlər

Back to top button