Macarıstan prezidentinin bitirdiyi universitetdə təhsil alan azərbaycanlı tələbə

eli elekberli 3Macarıstanın Corvinus universitetində, tətbiqi iqtisadiyyat (applied economics) ixtisas;nda təhsil alan həmyerlimiz Əli Ələkbərli bizim bugünkü müsahibimizdir. O, Macarıstanda yaşadığı tələbə həyatı, oxuduğu universitet və ixtisas, oranın təhsil sistemi, digər mövzularda  suallarımıza maraqlı cavablar vermiş və Budapeşt barədə təəssüratlarını bizimlə bölüşmüşdür. Buyurub, həmin müsahibəni oxuya bilərsiniz.

 -Təhsil aldığınız Corvinus univeristeti və ixtisasınız olan tətbiqi iqtisadiyyat barədə oxuculara məlumat verə bilərsinizmi?

Corvinus universiteti Macarıstanda və Avropada iqtisadiyyat üzrə təhsil sahəsində liderlik edən ali tədris müəssisələrindən biridir. Təməli 1850-ci ilə təsadüf edir. Universitetin bütün beynəlxalq standartlara cavab verən yüksək tədqiqat potensialı var. Burada Avropa, Amerika və Asiya təhsil müəssisələrindən yüzlərlə professor-müəllim heyəti müxtəlif mühazirə kurslarına dəvət edilir. Deyə bilərəm ki, universitetdə ən yaxşı təhsili məhz iqtisadiyyat fakültəsində verir.

 -Hazırda orada təhsil alan tələbə kimi Corvinus universitetinin digər universitetlərdən əsas fərqini nədə görürsünüz?

Düşünürəm ki, Corvinusu digər universitetlərdən fərqləndirən çox cəhətlər var. Onlardan biri də onun qədim tarixi və dərin təcrübəsidir. Daha sonra qeyd edim ki, universitet düz şəhərin mərkəzində Dunay çayının sahildində yerləşir. Hal-hazırki Macarıstan prezidenti Pol Şmidtin də Corvinusun məzunu olduğunu nəzərə alsaq düşünürəm ki, universitetin verdiyi təhsilin hansı dərəcədə olduğunu sübut etməyə ehtiyac qalmır.

– Əli bəy, Siz Bakıda Azərbaycan Diplomatik Akademiyasına da daxil olmuşdunuz, amma orada oxumaqdan imtina edərək Budapeştdə getməyi üstün tutdunuz. Necə oldu ki, məhz Macarıstanda təhsil almağa başladınız? Bu ölkəyə sizi nə cəlb etdi?

Əlbəttə ki, Avropa təhsili ilə Azərbaycan təhsilini yanaşı qoysaq nəzərə çarpan fərqi görməmək mümkün deyil. Buna görə də mən Macarıstanda təhsil almağı seçdim. Digər tərəfdən isə burda təhsil almaq mənə öz çevrəmi daha da genişləndirmək imkanı yaratdı. Buradakı tələbələrlə isə istər-istəməz ingilis dilində danışmaq ingilis dili biliklərimi zənginləşdirir.

 – Macarıstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?

Avropa təhsil sistemi çox fərqlidir. Mənim diqqətimi cəlb edən, ən çox xoşuma gələn nəzəri biliklərimizin dərhal praktikada sınamaq imkanı və bir də tələbə-müəllim münasibətinin çox səmimi qurulmasıdır. Belə olduqda sərbəst şəkildə sağlam fikir mübadiləsi aparmaq mümkün olur. Dərslə bağlı hər bir məsələni utanmadan, çəkinmədən professorlarla bölüşmək təhsilin dayanıqlı təməlindən xəbər verir. Müəllimlərdən əlavə tələbələr də hər bir zaman əllərindən gələn köməyi etməyə hazırdırlar. Bu isə çox böyük, uğurlu nəticələrin gözəl başlanğıcıdır.

eli elekberli 2-İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatdı?

İlk dəfə olaraq Macarıstana daha dəqiq Budapeştə gələndə bu ölkə məndə bütün arzularımım uğurla həyata keçəcəyi hissi yaratdı. Dunay çayının 2 yerə böldüyü Budapeşt məni heyran etməyə bilməzdi. Budapeştin gecə görüntüsünə tamaşa etdikdən sonra isə ağlımda heç bir şübhə qalmadı. Macarıstanda təhsil alacağımı və yaşayacığımı fikirləşəndə fərəh hissi keçirdirdim. Əlbəttə, məni düşündürən digər məsələ də bura necə uyğunlaşacağım idi. Lakin, bu gözlədiyimdən də tez bir zaman ərzində baş verdi. Bu məsələdə mən Rəşad Mehbaliyevin rolunu xüsusi qeyd etmək istərdim. Belə ki, Budapeştdə məhz onun köməkliyi ilə cəmi bir neçə günə özümə kirayə üçün ev tapdım. O, həmçinin mənə sərfəli şərtlərlə və qiymətə kirayə müqaviləsinin bağlanmasına köməkçi oldu. Eyni zamanda o, mənim Macarıstan Miqrasiya İdarəsində qeydiyyatımın uğurla yekunlaşması və oturum izninin alınması üçün əlindən gələni etdi. Bakıda isə Macarıstan universitetlərinə qəbul məsələsində onun qardaşı Çingiz Mehbaliyev tələbələrə və valideynlərə yardımçı olur. Rəşad və Çingiz Mehbaliyev olmasaydı Budapeştə gələrkən xeyli çətinliklərlə üzləşə bilərdim.

 -Budapeştin tələbə həyatı barədə məlumat verə bilərsinizmi? Məsələn, Macarıstanda  tələbələr öz boş vaxtlarını necə keçirirlər?

Macarıstandakı tələbələr öz asudə vaxtlarını, əsasən, kitabxanalarda, idman zallarında, müxtəlif gəzməli, görməli yerlərdə keçirirlər. Burada tələbələrin ən sevimli məşğuliyyətlərindən biri də müxtəlif kafelərdə saatlarla oturub dərs hazırlamalarıdır. Onu deyim ki, Bakıdan fərqli olaraq  Budapeştdə istər küçədə, istər nəqliyyat vasitələrində tələbələrin əlində telefon deyil, kitab görmək adi bir haldır.

eli elekberli 1-Övladlarını xaricə oxumağa göndərən hər bir valideyni vacib bir sual düşündürür:  xarici ölkələrdə universitet seçərkən necə seçim edilməlidir ki, getdiyi ölkədə övladlarına real olaraq yardım edə bilən insan olsun? Bu mənada xaricdə təhsil almaq istəyən tələbələrə nə məsləhət görə bilərsiniz?

İstənilən valideyn üçün hər bir şeydən əvvəl onun övladının təhlükəsizliyi məsələsi önəm kəsb edir. Bu baxımdan Macarıstanın seçilməsi ən ağıllı addım olardı. Əvvəla ona görə ki, Macarıstan siyasi nöqteyi-nəzərdən tam rahat bir ölkədir. İkincisi isə macarların hərəkətləri və istiqanlılığı doğma vətənimizi xatırladır. Xaricdə təhsil almaq istəyən tələbələrə seçim qarşısında qaldıqda Macarıstanı bir də nəzərdən keçirməyi məsləhət görərdim. Artıq Corvinus universitetinin də Bakıda rəsmi nümayəndəsi var. Ümumiyyətlə isə Macarıstan universitetlərinin siyahısına buradan baxa bilərsiniz www.study-hungary.com. Getdiyi ölkədə yardım ala biləcəyi insan məsələsinə gəldikdə isə azərbaycanlı tələbələr və valideynlər Macarıstanda təhsil üzrə Çingiz və Rəşad Mehbaliyev qardaşlarına müraciət etmək məsləhət olardı. Çünki, Rəşad Macarıstanda, Çingiz isə Azərbaycanda tələbələrə kömək edir.

-Maraqlı müsahibəyə görə təşəkkür edirik.

– Mən də Sizə çox sağ ol deyirəm.

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group