Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Macarıstan hökuməti Azərbaycan vətəndaşlarına təhsil təqaüdləri ayırır

celal-bayar-telebe1-840x420Macarıstan hökuməti bu ildən etibarən Azərbaycandan olan 200 tələbənin Macarıstanın dövlət universitetlərində təhsili üçün təqaüd ayırıb.
Təqaüdlər aşağıdakı xərcləri qarşılayacaq:
– təhsil haqqı;
– əsas kitablar və tədris materialları;
– yataqxanada qalmaq haqqı və ya 30 000 macar forinti (təxminən 115 AZN) kirayə haqqının qarşılanması üçün yardım;
– tibbi sığorta xərcləri;
– aylıq təqaüd: bakalavr və magistratura tələbələri üçün 40 460 macar forinti (təxminən 155 AZN), doktorantura tələbələri üçün 100 000 macar forinti (təxminən 385 AZN).
Təqaüdlər aşağıdakı dərəcə proqramlarını əhatə edir:
– bakalavr (adətən 3 il): kənd təsərrüfatı və su menecmenti, təbiət elmləri və davamlı inkişaf, səhiyyə elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, biznes və menecment.
– magistratura (adətən 2 il): kənd təsərrüfatı və su menecmenti, təbiət elmləri və davamlı inkişaf, səhiyyə elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, biznes və menecment.
– doktorantura (adətən 3 il): müxtəlif.
Bu proqrama müraciət edərkən ali məktəb və ixtisas seçimində, sənədlərin standartlara uyğun hazırlanmasında konsultasiyaya ehtiyacınız varsa, [email protected] ünvanına yazmaqdan çəkinməyin. Unutmayın ki, bizim Macarıstan ali məktəblərinə tələbə qəbulunda 3 ildən çox təcrübəmiz var.
Təqaüdə müraciət etmək sənədləri 28 aprel tarixinə kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etmək lazımdır. Bu barədə artıq Təhsil Nazirliyinin saytındakı yerləşdirilmiş elanı bu keçiddən oxuya bilərsiniz. Sənəd qəbulu proseduru ilə maraqlananlarbu faylda şərtlərlə tanış ola bilərlər. Təhsil Nazirliyi həmçinin tez-tez verilən suallara cavabları da burada yerləşdirib.


Daha çox göstər

Oxşar xəbərlər

Back to top button