Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı

MDU Bakı filialı – M.V.Lomonosov adına Moskva Dövlət Universiteti rəhbərliyinin təklifi və Аzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvar 2009-cu il tarixli sərəncamına əsasən yaradılıb. Filial rəsmi surətdə 27 fevral 2009-cu ildə açılıb.

Filialın açılması ölkə daxilində dünyanın ən nüfuzlu universitetlərinin birində təhsil almağa və Rusiyanın tanınmış almləri ilə Azərbaycan elminin sıx əlaqəsinə şərait yaradır. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru filologiya elmləri doktoru, professor Nərgiz Paşayevadır.

Yaranma tarixi

Filialın yaranması haqqında razılaşma Rusiya Federasiyasının təhsil və elm naziri Andrey Fursenkonun 2007-ci ilin martında Azərbaycana səfəri zamanı əldə edilimişdı. 2009-cu iln fevralında MDU Bakı filialının açılışı oldu. Açılışda Аzərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Moskva Dövlət Universitetinin rektoru Viktor Antonoviç Sadovniçi, Rusiya təhsil və elm naziri Andrey Fursenko, Azərbaycanın birinci xanımı, UNESCOnun xoş məramlı səfiri Mehriban Əliyeva iştirak etdilər.

Fakültələr

2009/2010-cu tədris ilində universitet filialına dörd ixtisas üzrə 100 tələbə qəbul edilib. Filialda filologiya, tətbiqi riyaziyyat, kimya və psixologiya fakültələri vardır.

Gələcəkdə fakültələrin və tələbələrin sayının artacağı gözlənilir.

Fəaliyyəti

2010/2011-ci tədris ilində filialda dörd ixtisas üzrə 263 tələbə təhsil alır. Tədrisdə Moskvadan ezam olunmuş tanınmış alimlərlə yanaşı Bakı universitetlərinin də yüksək hazırlıqlı alimləri dərs keçirlər. 20 sentyabr 2010-cu ildə MDU-nun rektoru, Rusiya Elmlər Akademiyasının rektoru Viktor Sadovniçi Rusiya Prezidenti Dmitri Medvedyevin səfəri çərçivəsində MDU Bakı filialını da ziyarət etdi. O filialada tədris və təşkilatı məsələləri yüksək qiymətləndirdi.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button