M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı 2012 / 2013-cü tədris ili üçün aşağıdakı ixtisaslar üzrə bakalavr pilləsinə tələbə qəbulu elan edir:
a) rus filologiyası – 7 yer
b) fransız filologiyası – 9 yer
c) ispan filologiyası – 9 yer

2. Riyaziyyat və kompüter elmləri – 25 yer

3. Kimya – 25 yer.

4. Psixologiya – 25 yer

5. İqtisadiyyat – 25 yer:
a) iqtisadiyyat – 13 yer
b) menecment – 12 yer

Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı Qəbul komissiyası tərəfindən aparılan qəbul imtahanlarında yalnız TQDK-nın keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilərlər.

Qəbul imtahanları aşağıdakı fənlər üzrə aparılacaq:
1. Filologiya fakültəsi:
a) rus filologiyası:
rus dili (yazılı, ifadə)
rus ədəbiyyatı (yazılı, inşa)

b) roman-german filologiyası:
rus dili (yazılı, ifadə)
rus ədəbiyyatı (yazılı, inşa)
xarici dil (yazılı)

2. Kimya fakültəsi:
rus dili (yazılı, ifadə)
riyaziyyat (yazılı)
kimya (yazılı)

3. Riyaziyyat və kompüter elmləri fakültəsi:
rus dili (yazılı, ifadə)
riyaziyyat (yazılı)

4. Psixologiya fakültəsi:
rus dili (yazılı, ifadə)
biologiya (yazılı)

5. Iqtisadiyyat fakültəsi:
riyaziyyat (yazılı)
rus dili (yazılı, ifadə)

Müsabiqə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı Qəbul komissiyasının keçirdiyi imtahanların nəticələri əsasında aparılacaq.
Qəbul imtahanlarında iştirak etmək istəyənlər universitetin qəbul komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. 2012 / 2013-cü tədris ili üçün ali məktəblərə keçirilən test imtahanlarında toplanılan ballar haqqında TQDK-nın arayışı.
2. Orta təhsil haqqında sənəd (attestat, əsli).
3. Şəxsiyyət vəsiqəsi (əsli).
4. 3×4 sm ölçüdə 8 ədəd fotoşəkil.

MDU-nun Bakı Filialına sınaqlardan keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.

Filialın tədris fəaliyyəti M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris plan və proqramları əsasında həyata keçirilir.
Tədris, əsasən, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir.
Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu təqdim ediləcəkdir.

Sənədlər 17 iyul – 07 avqust 2012-ci il tarixlərində saat 9.00-dan 18.00-dək qəbul olunacaq.
Qəbul imtahanları 08 – 12 avqust 2012-ci il tarixlərində keçiriləcəkdir.

Ünvan: Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi, 14 (metronun Elmlər Akademiyası stansiyasının yanı).

Əlaqə telefonu: (012) 510 96 08