Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Məzunların attestat və şəhadətnamələri verilməyə başlanılıb

tehsil nazirliyiTəhsil Nazirliyi bu il ümumi orta və tam orta təhsil səviyyəsini bitirmiş şagirdlərə dövlət nümunəli təhsil sənədlərinin – şəhadətnamə və attestatların verilməsi prosesinə başlayıb.
Modern.az-ın məlumatına görə, nazirlikdən bildirilib ki, bu proses hazırda davam etməkdədir.
Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq bu il buraxılış imtahanlarından hansı qiymət almağından asılı olmayaraq bütün məzunlara attestat və şəhadətnamə veriləcək. Yekun qiymətlər attestat və şəhadətnamədə əks olunacaq.

Bu il respublikanın ümumtəhsil məktəbləri üzrə 216734 şagird məzun olub. Onlardan IX sinif şagirdlərinin sayı 125250 nəfər, XI sinif şagirdlərinin sayı 91484 nəfər təşkil edib.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button