Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Məleykə Abbaszadə valideynlərə xəbərdarlıq etdi

0ecd1d129186064abfb01af44757016cTələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ali məktəblərə qəbul kampaniyası dövründə valideynləri və abituriyentləri “işbazlar”dan ehtiyatlı olmağa çağırıb.

APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında yenə də abituriyentlərə və valideynlərə müraciət edib.

Onun sözlərinə görə, nədənsə hamı bu işgüzar adamların necə cəzalandırılmasını, qanun qarşısında cavab verdiklərini görsə də, müəyyən bir vaxt kimsə kiminsə toruna düşür: “Biz bu prosesdə yalnız ictimai fikrə mətbuat vasitəsilə təsir göstərə bilərik. Bizim bütün məlumatlarımız rəsmi və açıq şəkildə saytımızda, jurnalımızda çap olunur. “Abituriyent” jurnalında və bizim saytımızda olan məlumatlar axırıncı və dəqiq məlumatlarıdır. Qəbul imtahanı prosesi çox şəffafdır. “Abituriyent” jurnalının yeni çap olunan 1-ci nömrəsində bütün qəbul qaydaları və model testlər əks olunub”.

TQDK sədrinin sözlərinə görə, qəbul zamanı həmin jurnalı alıb oxumaq və ona uyğun hazırlaşmaq lazımdır: “Hansısa “işgüzar adam”ın toruna düşən insanlar öz talelərini aşağı savadı olan insana həvalə edirlər. Mən yenə də onlara müraciət edirəm ki, bizim rəsmi orqanımız, saytımız var. Qaydalar açıqdır, proses tam şəffafdır. Kiməsə nəsə söz verən adamların işi yalnız dələduzluqdur və onları aşkar etmək üçün mətbuatın da köməyi lazımdır. Hüquq-mühafizə orqanlarına müraciət edərək onları ifşa etmək gərəkdir”.

M.Abbaszadə bəzi xarici ali məktəblərə imtahansız qəbul məsələsinə də münasibət bildirib: “Mən özüm də tıxacda olarkən qarşıdakı avtobusun üzərində reklamda “xaricdə imtahansız təhsil” yazısının şahidi oldum. Ümumiyyətlə, təhsil prosesini imtahansız təsəvvür etmək mümkündürmü? Ölkədə azad iqtisadiyyatdır, söz azadlığı var və kim hansı şüarı istəsə, yaza bilər. Amma buna kim inanacaq? İnanan adam da gərək fikirləşsin ki, belə təhsil təklif olunursa, bu nədir? Təbii ki, oxumaq istəyən oxuyacaq və nəticə əldə edəcək. Hansısa qərar qəbul etmək insanların səviyyəsindən asılıdır ki, onlar düzgün, qanuni yol seçirlər, yoxsa kiminsə toruna düşürlər”.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button