Məleykə Abbaszadə ilə Misir Mərdanov arasında meyxana deyişməsi olacaq?

Artıq bir neçə gün və hətta aydır ki, Təhsil Naziri Misir Mərdanov və TQDK sədri Məleykə Abbaszadə arasında söz dueli davam edir. Bu haqda həmkarlardan yazı yazmalarını xahiş etdim mənə dedilər ki, “qardaş bu haqda artıq yazı yazmaqdan keçib, köşəlikdir”. Məncə artıq yazı yox başqa bir şey duel, yarış, real döyüş meydanı yaratmağın vaxtıdır. Mən bir təklif verəcəm bəyənsəniz rəsmi şəkildə hər iki quruma müraciət edərik. Birincisi milli adət ənənəyə sadiq qalmaq üçün mən iki qurumun rəhbəri arasında meyxana yarışmasının keçirilməsini istərdim. Onsuzda indi meyxana artıq qlobal miqyas alıb bizim haqda artıq bütün Rusiyada danışırlar “Tı kto takoy davay da svidaniya” bütün interneti doldurub. Meyxana onların daha çox tanınmasına kömək edər. Bunun üçün görüləcək tədbirlər Maştağa qəsəbəsində bir mağar qurmaq və bütün meyxana deyənləri ora dəvət etmək. Bundan əlavə Rusiyadan NTV, ORT telekanallarının  və diplomatik korpus nümayəndələrini və dövlət qurumlarının üzvlərini həmin mağara yığmaq. AZTV- nin mədəniyyət kanalı da bunu canlı yayımlayar. Bir qafiyə açılsın. Məsələn “Na eqzamene ya polucu dvoyku ay brat, no mne pomojet ministra brat ay brat” və ya başqa qafiyə. Və Misir Mərdanovla Məleykə Abbaszadə başlasınlar meyxana deməyə kim qafiyəyə uyğun deyə bilmədi məğlub olsun və onu da göndərsinlər istefaya bununla da həm jurnalistlərin, həm də ki, milyonlarla valideyinin və tələbənin canı dincəlsin. Başqa təkilflər da ola bilər, məsələn güləş yarışması və ya ən yaxşı inşa müsabiqəsi. Hər halda tələsmək lazımdır belə getsə ölkədə təhsil verməyə nə tələbə qalacaq, nə də məktəbə getmək istəyən şagird.

Mürsəl Əliyev

Telebe.az