Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Məktəblilər üçün seminar keçirildi

2016-cı il martın 1-də Xəzər Universiteti Karyera Mərkəzinin təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına liseyin 9-11-ci sinif şagirdləri ilə seminar keçirildi. Seminarda 80 şagird və Akademik Zərifə Əliyeva liseyin Psixologiya Mərkəzinin direktoru, liseyin İKT üzrə direktor müavini və müəllim heyəti iştirak edirdi. Seminar zamanı universitetin Karyera Mərkəzinin koordinatoru Ülviyyə Hüseynova “Xəzər Universitetinin tanıtım təqdimatı və uğurlu karyeranın seçilməsi” mövzusunda təqdimat etdi. Şagirdlərə universitetin tədris proqramından, akademik fəaliyyətindən, ictimai həyatı və Peşə İnkişaf Mərkəzi haqqında spesifik məlumat verildi. Təqdimatda həmçinin, Mühəndislik və tətbiqi elmlər fakültəsinin III kurs tələbəsi Fidan Rüstəmova, Təhsil fakültəsinin IV kurs tələbələri Aynur Məmmədova və Günay Kərimova da iştirak edirdilər. Tələbələr universitet həyatında qazanıqları uğurlardan danışdılar.

Seminarda şagirdləri maraqlandıran suallar cavablandırıldı./khazar.org

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button