Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublikanın orta məktəblərində ümumi orta (9-cu sinif ) və tam orta (11-ci sinif) təhsil səviyyələri üzrə bütün buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb.

Telebe.az saytı xəbər verir ki, buraxılış imtahanlarının keçirilmə tarixləri barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

TQDK sədri bildirib ki, Bakı şəhəri üzrə 11-ci sinif şagirdləri iyunun 2-də, 9-cular isə iyunun 3-də buraxılış imtahanı verəcəklər.

İyunun 8-də Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmazdakı orta məktəblərin 11-ci və 9-cu sinif şagirdləri üçün buraxılış imtahanları aparılacaq.

İyunun 13-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda buraxılış imtahanı olacaq.

İyunun 18-də Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda şagirdlər buraxılış imtahanı verəcəklər.

İyunun 29-da Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarda;
iyulun 4-də Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda buraxılış imtahanları keçiriləcək.

İşğal olunmuş rayonların şagirdləri buraxılış imtahanlarını məskunlaşdıqları rayonlarda verəcəklər.

Bütün bölgələrdə imtahanlar 11-ci siniflər üzrə saat 10:00-da, 9-cu siniflər üzrə saat 15:00-da başlayacaq.
Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili fənni) və riyaziyyat fənləri üzrə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirəcəklər.
İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.

Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan ediləcək.
Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan ediləcək.

Comments

  1. Men bu il 9 cu sinife hazirlasiram. Cox heyecanliyam

  2. bu il atesta 3 fenden olacaq ingilis dilide artirilib qorxmayin buraxiliw imtahanlari asan olur men kecen ilin mezunuyam

  3. be 4 yada 5 almaq ucun necesini duz yazmax lazimdu ))

  4. cavablar imtahandan 3ve ya5 gunden sonra bilinecek(9 cu sinif)

  5. cavablar ne vat cixacag?
    bu ilin qebulunun balunda 4 qrupun kecidi ne qederdi?

  6. salam,men bugun imtaham verdim,ve bilmek isterdim,cavablar ne vaxt cixacaq?Evvelceden tesekkur

  7. Men 9-cu sinifde oxuyuram.ozum de hec bir sualdan qorxmuram.Prosto Insa olmaza super olar.Goresen 9-cu sinif buraxilis imtahaninda insa olur?

  8. Sabax imtahandi….Balaken Rayonunda heycanliyam..

  9. salam.9 cu sinifde oxuyuram.Size deyim ki,suallar cox asand olacaq.Eger kecemeyeceyinizi dusunursunuzse demek imtahan cox yaxsi olacaq.Qorxma ozune guven yagsi olacaq

  10. xaiw edire imtahan suallarini asant salin o ki qaldi 8 duze 3 duwur 🙁

  11. Məncə asan suallar olacaq.Burada qorxulu heç nə yoxdur kim necə oxuyubsa nəyi necə bilirsə yazacaq vəssalam.Birdə ki sizə bir məsləhət verim özünüzlə sınağa nanə cövhərli su götürün həyəcanlansanız ondan bir-iki qurtum içərsiniz birdə gözəl xəyallar qurun mən yaxşı qiymətlər alacağam 10-cu sinifə daxil olacağam inanın ki hər şey əladan da əla olacaq.Mən də sizin kimi şagirdəm məndə də həyəcan var amma çalışaq içimizdəki həyəcanı, qorxunu boğaq bu iki hiss adamın ən pis düşmənləridir

  12. deyirler bu ilki imtahan cetin olacaq.7 dene yazan 3 alir

  13. bize buraxilis vereqesi paylanib deqiq 2 iyundur

  14. siz canviz asant salin suallari 10cu sinifde oxumaliyam men 🙁

  15. İmtahanların dəqiq vaxtını deyərdiz də….

  16. dusuysunuzee bekletmeyin nedi turk olublar seviyesizde oz ana dilimiz ola ola onun bunun dilinde danisirlar sereyler

  17. xais edirem,Imtahan suallari cetin olmasin,men 10-cu sinifi oxumak istirem,valideyinlerim qazanmasam oxutdurmayacaklar meni,Lutfen asant salin Lutfen…Eslinde imtahan olmamalidi nece yani men 9 il oxumusam,10 cu ili oxuy bilmerem,Nece nazirsize siz,imtahan dayansin,en guclu usaq qazana bilmir heycandan,sullari asant edinki qazanakda aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  18. sinaq imtahani konkret hacandi.Lutfen intizarda bekletmeyin beni

  19. Salam.Riyaziyatdan nece denesini etsek 3,necedenesini etsek4,necedenesini etsek 5 alariq? bu Azerbaycan dilinede aitdir…?

  20. iyunun 3 ela bir ayda her seyi yekunlasdirsam tamamdir ALLAH hamiya komek olsun

  21. oyda imtahanlarda gelib cixdi hlede hecne bilmirem bildiyleride yadinnan cixir adamin

  22. Atestat imtahaninda deqiq 2 fenn olacaq ??
    biri cvb yazsinda

  23. cox vacib mene 9 sinif sagirdleri nece duzgun cavab yazmalidirki,kecsinler? .tecili deyin.size yazan muellimedir

  24. 9 sinif imtahaninda nece sual yazsan kecirsen.mellimlerin yarsi deyir 5 yarsi deyir 8…..hansina inanaq?? birde nece sual olacaq??

  25. 9 sinifler ucun imtehanda nece sual olacaqdir???ve usaq nece duzgun cavab yazmalidiki kecsin???

  26. bu 2013-ün imtahanıdır yoxsa keçən ilin xəbəridir?

  27. sinaq imtahanlarinin suallarini verin xahis edirik.pul verecem,ne qeder istesen,ancaq etibarsizdir,hi ha hi ha..

Leave a Reply

Your email address will not be published.