Londonda Kembric və Oksford universitetləri ilə rəqabət aparacaq özəl universitet yaradılır

Böyük Britaniyada universitetlər arasında rəqabət güclənir.  “The Sunday Times” qəzetinin yazdığına görə, Londonda Kembric və Oksford universitetləri ilə rəqabət apara biləcək yeni özəl universitet yaradılır. Filosof Ey Si Qreylinq bir sıra sponsorlardan Yeni Humanitar Kollecin (New College of the Humanities) yaradılması barədə çoxmilyonluq qrant alıb. Bu kollec öz strukturuna görə Amerikanın azad incəsənət kolleclərini xatırladacaq.  Kollecdə tədris işinə Böyük Britaniyanın 14 “ulduz” professoru cəlb olunacaq. Onların arasında təkamülçü bioloq Riçard Dokinz, psixoloq-koqnitivist Stiven Pinker, tarixçilər Devid Kennadeyn və Nial Ferqyuson, genetik Stiv Cons, Oksfordun keçmiş professoru Kristofer Riks var. Yeni kollec tələbə qəbulu üzrə ərizələrin qəbuluna iyuldan başlayacaq. 3 illik universitet kursu isə 2012-ci ildən start götürəcək. İl ərzində 375 tələbə qəbul olunacaq. Tələbələrə ingilis dili, tarix, iqtisadiyyat, fəlsəfə və hüquq tədris olunacaq. Tələbələr 1 əsas və 2 əlavə profil seçəcəklər. Təhsil haqqı dövlət ali məktəbləri üçün olan haqdan 2 dəfə artıq olacaq. Professorlar digər ali məktəblərdəki həmkarlarından 25 faiz artıq maaş alacaqlar.

“Azərbaycan Müəllimi” qəzeti

3 Comments

  1. Ervin says:

    Salam Leyla !!!
    Oksfordda oxumaq uchun senin yuksek TOEfl ve ya IELTS balin olmalidi. Daha sonra , muxtelif teqaud programlarinda yuksek derecelerin + GMAT yuksek bal olmalidi. Ustelik ish tecrubesi. Bir sozle cox cetindi 🙂

  2. Leya says:

    salam men ingilterenin oxford universtetinde oxumaq isteyirem ne ede bilerem 9ora qebul olmaq ucun ne qeder bal lazimdir mene ve hansi fenlerden

  3. Togrul says:

    indi bu Oxford Kembric ile reqabet aparmaq isteyir?!

Leave a Reply

Your email address will not be published.

İngilis dili 45 AZN!
Ünvan