Latviyada təhsil

Latviya Respublikasının Təhsilin inkişafı üzrə Dövlət Agentliyi 2012-2013-cü tədris ili və yay məktəbləri üçün aşağıdakı təqaüd proqramlarını təklif edir:

1. 2012-2013-cü tədris ili üzrə Latviyanın ali təhsil müəssisələrində 10 ay müddətinə təhsil almaq istəyənlər üçün təqaüd proqramı;
2. 2012-2013-cü tədris ili üzrə Latviyanın ali təhsil müəssisələrində 5 ay müddətinə tədqiqat işi ilə məşğul olmaq istəyən şəxslər üçün təqaüd proqramı;
3. 2012-ci ildə Latviyanın yay məktəblərində iştirak etmək istəyən şəxslər üçün yay kursları.


Təqaüd proqramı və yay kurslarında iştirak edəcək şəxslərin yol xərcləri iştirakçılar tərəfindən ödənilməlidir.

Daha ətraflı məlumatları və ərizə formalarını əldə etmək üçün Latviyanın Təhsilin inkişafı üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsinə www.viaa.gov.lv və adı çəkilən təşkilatın əməkdaşı Aica Cakoviçaya (tel:             +37167814331      ) müraciət edə bilərsiniz.
Sənədlər 1 may 2012-ci il tarixinədək Latviyanın Təhsilin inkişafı üzrə Dövlət Agentliyinin elektron poçt ünvanına (scholarships@viaa.gov.lv) təqdim oluna bilər.

Leave a Reply

Your email address will not be published.

XARİCDƏ TƏHSİL
Akademi Group