Latviya Respublikasında təhsil alma imkanı

Təhsil nazirliyiAzərbaycan Respublikası və Latviya Respublikası Təhsil Nazirlikləri arasında mövcud sazişə uyğun olaraq Latviya Hökuməti Azərbaycan ali təhsil müəssisələrinin tələbələri və müəllimləri üçün nəzərdə tutulmuş təhsil, tədqiqat və ya yay məktəblərində iştirak üçün təqaüd proqramları elan edir.

Təhsil və tədqiqat üçün təqaüd proqramlarında iştirak üçün sənədlər 1 may 2013-cü il tarixinə qədər Latviya Respublikasının Dövlət Təhsil İnkişafı Agentliyinə göndərilməlidir:

State Education Development Agency

1 Valnu Street, Riga, LV-1050, Latvia

Yay məktəbləri üçün təqaüd proqramlarında iştirak üçün sənədlər birbaşa yay məktəblərinin təşkilatçılarına göndərilməlidir. Keçiriləcək yay məktəbləri ilə əlaqəli ətraflı məlumatı aşağıdakı internet ünvanından əldə edə bilərsiniz:

http://izm.izm.gov.lv/ministry/9574.html

Təqaüd proqramları ilə əlaqəli ətraflı məlumatı aşağıdakı internet ünvanından əldə edə bilərsiniz:http://www.viaa.gov.lv/eng/international_cooperation/scholarships_gov/latvian_scholarships/http://www.uc.pt/driic/Bolsas/bolsas_Letonia

Leave a Reply

Your email address will not be published.

XARİCDƏ TƏHSİL
Akademi Group