Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Koreyada təhsil

Koreyanın Beynəlxalq Təhsil və İnkişaf üzrə Milli İnstitutu (NIIED) tərəfindən əcnəbi vətəndaşlar üçün Dövlət Təqaüd Proqramına qəbul elan edilmişdir. Proqram çərçivəsində magistratura pilləsində 3 və doktorantura pilləsində 4 illik tədris nəzərdə tutulur və bu müddət ərzində 1 il Koreya dilinin tədrisinə həsr olunur.

Namizədlər www.gks.go.kr internet ünvanında proqram çərçivəsində tədrisin nəzərdə tutulduğu 51 universitet sırasında seçim etməlidirlər.

Müraciətlər Koreyanın ölkəmizdəki səfirliyi və ya müvafiq universitet tərəfindən qəbul edilir. Namizədlər universitetə birbaşa müraciət etdikdə yalnız 1, səfirlik vasitəsi ilə müraciət etdikdə isə 3 universitet seçə bilərlər.

Müvafiq sənədlər cari ilin 27 mart tarixinə qədər səfirliyə təqdim edilməlidir.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button