Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Kolleclərə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb

 imtahannnnnnnnTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə avqustun 25-də keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, abituriyentlər nəticələri komissiyanın rəsmi internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, qəbul imtahanı mərkəzləşmiş qaydada respublikanın 12 şəhərində keçirilib. Müsabiqədə iştirak etmək üçün 39 551 abituriyent ərizə verib. Onlardan 15 986 nəfəri oğlan, 23 565 nəfəri isə qızdır. 38 540 abituriyent Azərbaycan bölməsi, 1011 abituriyent isə rus bölməsi üzrə imtahan verib. Ərizə verənlərin 283 nəfəri artıq orta ixtisas təhsil müəssisələrindən məzun olmuş şəxslər, 47 nəfəri isə ali təhsillidir. 114 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci il, ən gənc abituriyent isə 2001-ci il təvəllüdlüdür.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button