KIRKLAN TƏQAÜD PROQRAMI

Azərbaycan tələbələri üçün Polşa-Amerikan fondunun təsisçisi Lane Kirklandın 2012-2013-cü təhsil ili üçün təqaüd proqramına qəbul başlayıb. Telebe.az-ın məlumatına görə, təqaüd proqramına Belarus, Rusiya, Azərbaycan, Moldova və digər ölkələrdən olan ali təhsilli namizədlər müraciət edə bilərlər. Proqram çərçivəsində iki semestr ərzində Polşa universitetlərində təhsil və 2-4 həftə dövlət və özəl təşkilatlarda təcrübə keçmək imkanı verilir. Təqaüdlər demokratiya, iqtisadiyyat, dövlət idarəçiliyi və bir sıra digər sahələrə verilir. Sənədlərin son qəbul tarixi  1 mart  2012-ci ildir.  Ətraflı məlumat almaq üçün http://applytostudy.blogspot.com/2012/01/kirkland-scholarship-program-2012-2013.html səhifəsinə daxil olun.

Daha çox göstər

Oxşar xəbərlər