Kipr Beynəlxalq Universitetində tələbə həyatına yenilik
Daim yeniliklərlə abituriyentlərin diqqətini cəlb edən Kipr Beynəlxalq Universiteti 2013-cü ilin birinci dərs rübündən etibarən tələbələrə Universitetdə müasir standartlara uyğun olan təhsil imkanı təklif edir.Belə ki,tələbələr universitetdə təhsil aldığı zaman adi yataqxanada deyil,Oteldə qala biləcək.Otelin əvvəlki yataqxanalardan fərqi ondan ibarət olacaq ki,tələbə təhsil aldığı dönəmdə tək otaqlı mənzildə qalacaq və normal otellərdə istifadə etdiyimiz servislərdən istifadə edəcək.Otel paketinin qiyməti 7346 AZN olacaqdır.(Otel+gündə 3 dəfə yemək,təhsil haqqı,dövlət siğortası daxil)
Qeyd edək ki,Universitetin Azərbaycan tələbələrinə təklif etdiyi normal endirim paketinin qiyməti isə 4915 AZN-dir.Bu qiymətə daxildir:
- Təhsil haqqı
- Gündə 3 dəfə yemək
- Yataqxana
- Dövlət siğortası
Qeydiyyatdan keçmək üçün lazım olan sənədlər:
- 3×4 şəkil 14 ədəd
- Şəxsiyyət vəsiqəsinin surəti(notarial təsdiqi)
- Attestatın ingilis dilində notarial təsdiqi
Universitet haqqında daha geniş məlumat almaq üçün abituriyentlər aşağıda qeyd olunmuş sayta daxil ola və ya Kipr Beynəlxalq Universitetinin Bakı Təmsilçiliyinə müarciət edə bilər.
Ünvan:Bakı ş.Nigar Rəfibəyli 12/14
e-mail:[email protected]
Əlaqə: +99412 497 54 00(daxili 22)
Mob: +99470 271 22 22