Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Kipr Beynəlxalq Universitetinə Yay qəbulu başlandı

Cyprus_International_University_280311Kipr Beynəlxalq Universitetinə Yay qəbulu başlandı (İllik təhsil haqqı və digər xərclər daxil olmaqla 5470 AVRO)

Beynəlxalq Kipr Universiteti 1997-ci ildə Şimali Kipr Türk Cümhuriyyətində qurulmuş, ingilis dilində tədris verən ali təhsil ocağıdır. Beynəlxalq Kipr Universiteti XXI əsrin tələbatını ödəyən bütün texnoloji avadanlıqlar və müasir kamp ilə təmin olunmuş, ciddi və güvənilən bir tədris mərkəzinə çevrilmişdir. Universitetin əsas məqsədi ixtisasını mükəmməl mənimsəmiş, kompüter bacarıqlarını maksimum səviyyəyə çatdırmış, ingilis dilindən səlis şəkildə istifadə edən tələbələr yetişdirməkdir. Beynəlxalq Kipr Universiteti öz tələbələrinə Şimali Kipr Türk Cümhuriyyətinin ən böyük özəl sektorlarında təcrübə keçib,öz bilik və bacarıqlarını üzə çıxarmağa imkan yaratmaqdadır. Kampusun daxilindəki idman və sosial fəaliyyətlər, klub dərnəkləri tələbələrin kamp həyatının daha rəngarəng keçməsinə səbəb olur.

Bütün bunlarla yanaşı tələbələrin Beynəlxalq Kipr Universitetini seçmələrinin digər səbəbləri bunlardır:

– 64 fərqli ölkədən tələbələr

– Dərslərdə 1/1 komputer / tələbə nisbəti

– 1/20 müəllim / tələbə nisbəti

– YÖK təsdiqli, bütün dünyada qəbul olunan diplomla təminat

– UNESCO dünya universitetləri siyahısında olması

– Elektron kitabxana ilə milyonlarla kitaba yiyələnmə

– 4500 fərqli nöqtədən ödənişsiz və kəsintisiz internetdən istifadə imkanı

– Hər tələbəyə şəxsi e-mail adresi və web sahəsi

– 2840 yataq tutumlu yataqxanalar

Təhsil ödəniş miqdarı Beynəlxalq Kipr Universiteti azərbaycanlı abituriyentlər üçün xüsusi paket hazırlayıb ki, bu da digər ölkələrin təhsil ödəniş məbləğinin yarısına bərabərdir.

Təhsil haqqı 5470 avro’dur.

Paketə daxildir:

– Təhsil haqqı

– 4 nəfərlik yataqxana otağı

– 3 dəfə yemək – Tibbi sığorta

Qeyd: Paketə kommunal xərclər, qeydiyyat və visa rüsumu ödənişi daxil deyil.

Beynəlxalq Kipr Universitetində təhsil almaq istəyən hər bir azərbaycanlı abituriyent (və ya tələbə) ilkin olaraq aşağıda sadalanan sənədləri hazırlamalıdır:

– 14 ədəd 3×4 ölçülü fotoşəkil

– şəxsiyyət vəsiqəsinin ingilisdilində notarial təsdiqi

– xarici pasport

– attestatın (və ya diplomun) notariusda ingilis dilində təsdiqi

– IELTS və ya TOEFL səviyyəsini təsdiq edən sertifikat (əgər varsa)

Daha sonra abituriyent (və ya tələbə) yuxarıda qeyd olunan sənədlərlə birlikdə Beynəlxalq Kipr Universitetinin Bakı təmsilçiliyinin yerləşdiyi ofisə -“Millennium Tourism Lufthansa City Center” MMC şirkətinə gəlməlidir (TeymurElçin 6). Burada da 3 səhifədən ibarət ərizə forması doldurulmalıdır ki, həmin ərizə formasında abituriyentin adı, soyadı, təvəllüdü, seçdiyi fakultə və.s.qeyd olunur. İkili Diplom Beynəlxalq Kipr Universiteti ilə İngiltərənin University of Sunderland və University of Wolverhampton arasında ikili diplom müqaviləsi bağlanmışdır. Aşağıda detalları qeyd olunan razılıqlar çərçivəsində Beynəlxalq Kipr Universiteti tələbələri 3 il bu universitetdə oxuduqdan sonra təhsilin son ilini University of Sunderland və ya University of Wolverhamptonda oxuyaraq həm Beynəlxalq Kipr Universitetinin, həm də İngiltərədə oxuduqları universitetin diplomunu qazanmaq fürsəti əldə edirlər.

Fakultələr İqtisadi və inzibati idarə etmə fakultəsi (Menecment, Avropa birliyi əlaqələri, Beynəlxalq əlaqələr), Mühəndislik fakultəsi (Kompyuter mühəndisliyi, Sənaye mühəndisliyi, İnformasiya sistemləri mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Enerji sistemləri mühəndisliyi, Ekologiya mühəndisliyi), Turizm fakultəsi (Turizm və hotel menecerliyi), İncəsənət fakultəsi (Memarlıq, Qrafik dizayn, Sənaye məhsulları dizaynı)

Ətraflı məlumat üçün Beynəlxalq Kipr Universitetinin baş təmsilçisi olan Millennium Turizm şirkətinə müraciət edə bilərsiniz.

Əlaqə:

Ofis:+99412 4975400 (daxili 32)

Mob:+ 99470 271 22 22;+99477 271 22 22

Mail:[email protected]

Web:ciu.edu.az

 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button