Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Kanadanın Vaterloo Universitetinin professorları Bakıda növbəti təqdimat keçirəcəklər

WaterlooLogoKanadanın Vaterloo Universitetinin bir qrup professoru və universitetə qəbul üzrə məsul şəxsləri fevralın 11-15-də Azərbaycanda səfərdə olacaqlar. Səfər çərçivəsində, Bakının bir neçə orta məktəblərində riyaziyyatın müxtəlif sahələrində mövcud olan problem məsələlər  və onların həlləri barədə  seminarlar təşkil ediləcək. Bundan əlavə Vaterloo Universitetinin Riyaziyyat və Kompüter Elmləri Fakültəsinə sənəd vermək istəyən abituriyentlər üçün Baki Təhsil Informasiya Mərkəzində xüsusi görüşlər təşkil ediləcək və abituriyentlərə universitetin Riyaziyyat Fakültəsinin İngilis dili testi təqdim ediləcək. Qəbul üçün tələb olunan bütün sənədləri təqdim edən abituriyentlərə Kanada Vaterloo Universitetinə qəbul kağızları veriləcəkdir.

Hazırda Vaterloo Universitetində Azərbaycandan 35 tələbə Xaricdə Təhsil üzrə Dövlət Proqramı xətti ilə müvəffəqiyyətlə təhsillərini davam etdirirlər. Daha geniş məlumat almaq üçün iakhundo@uwaterloo.ca e-mail ünvanına müraciət edə bilərsiniz.

Telebe.az

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button