WaterlooLogo11-ci sinif şagirdlərinin nəzərinə!
Yalnız iki gün, Fevral ayının 11-13-ü tarixlərində Bakı Təhsil Məlumat Mərkəzində Kanadanın dünya şöhrətli Vaterloo Universitetinə qəbul imtahanı keçiriləcək. Kanadanın Vaterloo Universitetinin bir qrup professoru və universitetə qəbul üzrə məsul şəxsləri Fevralın 11-15-də Azərbaycana səfər edəcəklər. Səfər çərçivəsində Bakının bir neçə orta məktəblərində təqdimat keçiriləcək. Vaterloo Universitetinin Riyaziyyat və Kompyuter Elmləri Fakultəsinə sənəd vermək istəyən abituriyentlər üçün də xüsusi görüşlər təşkil ediləcəkdir. Fevralın 11 və 13-də Bakı Təhsil Məlumat Mərkəzində 15:00 dan – 17:00 dək İngilis dili üzrə TOEFL və ya IELTS imtahan nəticəsi olmayan abituriyentlər üçün bu testləri əvəz edən Vaterloo Universitetinin Riyaziyyat Fakultəsinin Ingilis dili testi təqdim ediləcək. Testi müvəffəqiyyətlə keçən və qəbul üçün tələb olunan başqa sənədləri (orta məktəb qiymətləri) təqdim edən abituriyentlərə Kanada Vaterloo Universitetinə qəbul kağızı veriləcəkdir. Daha geniş məlumat almaq üçün jmammadov@beic.az / +99412 448 24 45,46 email ünvanına müraciət edin.

Hazırda Vaterloo Universitetində Azərbaycandan 40 dan çox tələbə Xaricdə Təhsil üzrə Dövlət
Proqramı xətti ilə müvəffəqiyyətlə təhsillərini davam etdirirlər.

Leave a Reply

Your email address will not be published.