Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

KANADANIN DÜNYA ŞÖHRƏTLİ VATERLOO UNİVERSİTETİ BAKIDA TƏQDİMAT EDƏCƏK

Kanadanın Vaterloo Universitetinin bir qrup professoru və universitetə qəbul üzrə məsul şəxsləri fevralın 6-8-də Azərbaycana səfər edəcəklər. Bu haqda Telebe.az –a universitetin nümayəndəsi məlumat verdi. Səfər çərçivəsində Bakının bir neçə orta məktəblərində riyaziyyat fənni üzrə seminarlar təşkil ediləcək, şagirdlərə riyaziyyat və kompüter elmləri sahəsində uğurlu karyera haqqında məlumatlar veriləcək və riyaziyyatın müxtəlif sahələrində mövcud olan maraqlı problemlər və onların həlli barəsində danışılacaq. Digər maraqlanan şagird və tələbələr üçün  eyni seminar fevralın 8-də Bakı Təhsil İnformasiya Mərkəzində təkrar veriləcək. İştirakçılara Vaterloo Universitetinin sertifikatları da veriləcəkdir.

Vaterloo Universitetinin Riyaziyyat və Kompüter Elmləri Fakültəsinə sənəd vermək istəyən abituriyentlər üçün də xüsusi görüşlər təşkil ediləcək. Fevralın 6 və 8-də İngilis dili üzrə TOEFL və ya IELTS imtahan nəticəsi olmayan abituriyentlər üçün bu testləri əvəz edən Vaterloo Universitetinin Riyaziyyat Fakültəsinin İngilis dili testi təqdim ediləcək. Testi müvəffəqiyyətlə keçən və qəbul üçün tələb olunan başqa sənədləri (orta məktəb qiymətləri) təqdim edən abituriyentlərə Kanada Vaterloo Universitetinə qəbul kağızı veriləcəkdir. Daha geniş məlumat almaq üçün iakhundo@uwaterloo.ca e-mail ünvanına müraciət edin.

Hazırda Vaterloo Universitetində Azərbaycandan 17 tələbə Xaricdə Təhsil üzrə Dövlət Proqramı xətti ilə müvəffəqiyyətlə təhsillərini davam etdirirlər.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button