Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

İyunun 12-də keçirilən növbəti buraxılış imtahanlarının nəticələri yaxın günlərdə açıqlanacaq

logo TQDK-bigTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 12-də növbəti buraxılış imtahanları keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanlar Yevlax, Bərdə, Tərtər, Daşkəsən, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağıstafa, Qazax, Tovuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayonlarının rayonların bütün orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada aparılıb. IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanıb. İmtahan prosesinin idarə olunması üçün komissiyada operativ qərargah fəaliyyət göstərib. Bütün binalarda imtahanlar təlimata uyğun şəkildə keçirilib, şagirdlərə öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Hazırda TQDK-da imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button