Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

İsveçrədə təhsil

İsveçrədə ibtidai və orta məktəblər dövlət və özəl məktəblərə ayrılırlar.
Burada 120-ə yaxın kollec var. Kolleclər peşəkar təhsil verirlər.
İsveçrədə universitetlər əsasən dövlət universitetləridirlər. 7 kanton (inzibati ərazi bölgüsü) universitet – Bazel, Bern, Friburq, Cenevrə, Lozan, Nevşateli, Sürix və Sant-Qallendə, 2 kanton universitet statuslu ali məktəb isə Lüsern və Luqanoda yerləşir. Bu şəhərlərdə iki politexnik məktəbləri də var.
Ən böyük ali məktəb 20 min tələbənin təhsil aldığı Sürix universitetidir. Burada xarici tələbələr 15-20% təşkil edir. Təhsil müddəti 4-6 ildir. İsveçrənin alman-dilli bölgələrindəki universitetlərdə tədris alman dilində, fransızdilli bölgədə isə fransız dilindədir. Lakin Friburq Universiteti istisnalıq təşkil edir. Belə ki, burada ikidilli tədris var. Fransız dilli universitetə daxil olmaq  (yalnız orta məktəbi bitirmək haqqında şəhadətnamənin olması və xaricilər üçün təşkil olunmuş imtahanı vermək kifayət edir) alman-dilli universitetə (rus ali məktəblərində ən az iki illik təhsil tələb edilir) daxil olmaqdan nisbətən asandır.
İsveçrənin dil məktəbləri bir neçə xarici dil: fransız, alman, italyan və ingilis dil kursları təklif edirlər. Montredəki C&L Study Centre kimi bəzi məktəblərdə paralel olaraq iki dil öyrənmək mümkündür.
İsveçrənin ali məktəb və universitetlərində tələbələrin sayı günbəgün artır. Buna görə də qəbul olmaq hər bir xarici vətəndaşa nəsib olmur. Burada tibbin hər sahəsini və farmakologiyanı oxumaq isə tamamilə qeyri-mümkündür. Səbəb boş yerin olmamasıdır.
İsveçrədə 12 universitet və ali məktəb 10 kanton universitet, 2 federal politexnik məktəb – Ecole Federale Polytechnique (EPFL) və bir neçə bu tip ali məktəb fəaliyyət göstərir. Bazel, Bern, Sant-Qalen, Sürix, həmçinin Sürixin Federal Politexnik Universiteti və Lusernin ali məktəbi Universitare Hochschule Luzern İsveçrənin alman bölgəsində yerləşirlər.
Cenevrə, Lozanna və Friburq (bəzi fənlərdə təhsil alman dilində aparılır) Neuchatel və Ecole Politechnique Federale de Lausanne İsveçrənin fransız bölgəsində yerləşirlər.
İtalyan Universiteti Luqano ölkənin italyan bölgəsində yerləşir.
Bir tədris ili 2 semestrə bölünür: qış semestri – oktyabrın son həftəsindən fevralın ortalarına qədər; yay semestri, universitetdən asılı olaraq martın/aprelin ortalarından iyun/iyulun ortalarına qədər.
Birinci akademik imtahana qədər təhsil müddəti 4-5 ildir. Tibb təhsilinə gəldikdə isə bu 6 il davam edir.
Təhsili bitirdikdə akademik sənədlər – lisenziya, diplom, doktorluq dərəcəsi verilir. Lisenziya və diplom (Bu sənədlər İsveçrədə verilir) ABŞ-da verilən “Master degree” ilə eynilik təşkil edir. Doktorluq dərəcəsinə qədər təhsilin davam etdirilməsi üçün universitetlərin çoxu namizəddə lisenziyanın olmasını tələb edir.  Qeyd olunan universitetlərdən başqa, anqlo-saks modelində özəl universitetlər də fəaliyyət göstərir ki, bu ali məktəb ocaqlarında verilən imtahanlar və təhsil hələ də dövlət tərəfindən tanınmır. Bunun üçün də, universitetlər barədə ətraflı məlumat toplayaraq doğru seçim etmək lazımdır.
Daxil olma şərtləri
Yaş: ən azı 18 yaş
Dil: İsveçrənin ali məktəb və universitetlərinə daxil olmaq üçün tədrisin keçirildiyi alman, fransız və ya italyan dilini bilmək lazımdır.
Orta məktəb haqqında Federal attestatın və ya xarici sənədin – müvafiq Universitet və ya Ali Məktəb tərəfindən tanınması vacibdir.

Mütləq müvafiq Universitetin və ya Ali Məktəbin tanıdığı orta təhsil haqqında federal attestat və ya xarici sənəd olmalıdır. Bu müvafiq universiteti müəyyən etmək üçün siz sənədi qiymətləndirən həmin seçdiyiniz Ali Məktəbə müraciət etməlisiniz./TELEBE.AZ/

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button