İsveçdə ingilis dilində pulsuz təhsil

Hazırda İsveç təhsili hələ də kiçik istisnalar xarici, yerli və xarici tələbələr üçün pulsuz olmaqda davam edir. Tələbələr müsabiqə yolu ilə seçilir. Qeydiyyat üçün tələbələr internet vasitəsilə ərizələri doldurmalı, ərizədə bir neçə ixtisas bölməsi göstərməli (istəyə görə) və elektron poçtla göndərməlidir.

Tələbələrə verilən təqaüdlər 8000 isveç kronundan başlayır. (təxminən 800 avro)

Ali təhsil 3 pillədə aparılır: bakalavr, magistratura və aspirantura.
Bakalavr

Burada təhsil alan tələbələrin çoxu İsveç və digər ölkələr arasında aparılan tələbə mübadiləsinin nəticəsində ölkəyə gələnlərdir. Digər halda, attestat və ingilis dili biliklərini təsdiq edən TOEFL və ya İELTS sertifikatlarını təqdim etməlidirlər. İngilis dilində bakalavr təhsili hər 3 universitetdən birində təklif olunur.

Təəssüf ki, bakalavrlar üçün təqaüd ayrılmır. Lakin İsveç Miqrasiya Komitəsi tələbələrə təhsil müddətində harada və neçə saat işləməkdə heç bir məhdudiyyət qoymur.

Bu ölkədə oxuyan tələbəyə hər ay 7300 kron (təxminən 730 avro) tələb olunur. Bu məbləği İsveç Miqrasiya Komitəsi təyin edib və tələbə pulu nağd olaraq ödəməlidir.

Magistratura

Burada magistratura təhsili almaq istəyənlər bakalavr diplomu, həmçinin ingilis dili biliklərinin göstəricisi olan TOEFL və ya İELTS sertifikatlarını təqdim etməlidir. İsveçdəki bir çox ali məktəblər bakalavrın son kursunda olan, diplomu yayda alacaq tələbələri də qəbul edir.

Magistratura təhsili almaq istəyənlər məktub, esse, rezyum (şəxsin özü haqqında məlumatı), diplom işindən çıxarış təqdim etməlidirlər. İsveçdə magistr təhsili alan tələbələrin çoxu xarici vətəndaşlardır. Miqrasiya Xidməti təqaüd almayan magistrlara da işləmək hüququ verir.

Aspirantura

Aspiranturaya qəbul il boyu aparılır. Qəbul üçün bakalavr və magistr diplomları    tələb olunur. Aspirantura tamamilə araşdırma işlərindən ibarətdir və aspirantlara hər ay 12.000 kron (1200 avro) maaş verilir. İsveçdə aspirantura təhsili alan tələbələrin 20%-i xarici vətəndaşlardır.

İsveçdə ingiliscə təhsil haqda daha ətraflı www.studyinsweden.se,www.studera.nu internet saytlarından əldə edə bilərsiniz.

Əgər İsveçdə təhsil almaq fikriniz varsa, çox düşünərək vaxt itirməyin. Çünki İsveç hökuməti Avropa Birliyinə daxil olmayan ölkələrdən olan vətəndaşlar üçün təhsili pullu etməyi qərara alıb. Təxmini illik təhsil haqqı 80 000 kron (8000 avro) olacaq. Pullu təhsilin nə vaxtdan tətbiq olunacağı məlum olmasa da, 2010/2011 tədris ilinin son pulsuz il olacağı dəqiqdir. Buna görə də Tələsin! Ülviyyə Filiyeva/TELEBE.AZ/

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button