Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

İstanbul Kültür Üniversitetinə imtahansız bakalavr və magistratura üzrə qəbullar davam edir

1997-ci ildə İstanbulda qurulan özəl universitetidir. Universitetdə 1997-98 -ci illərdə 3 Fakültə və 2 Peşə məktəbi ilə tədrisə başlamışdır. Hazırda 5 Fakültə və 3 Yüksekokulunda ümumi 32 bakalavr programı,Sosial Elmlər İnstitutu və Fən Elmləri İnstitutunun 14 fakultəsində magistr və doktora proqramları mövcuddur.
İKÜ –də 18 ayrı araşdırma mərkəzi fəaliyyət göstərir ki, burada layihə əsaslı tədbirlər ,elmi işlər,hüquq, təməl və ictimai elmlər üzrə araşdırmalar aparılır.
Tələbələrin təhsillərinin bir neçə semestrinin digər Avropa ölkələrində davam etdirmələri üçün universitetdə Erasmus və Beynəlxalq Dəyişim Programları mövcuddur.
İstanbul Mədəniyyət Universitetinin üç kampusu (Ataköy, Şirinevler və İncirli kampusu ) fəaliyyət göstərir. Universitet canlı kampus atmosferiylə tələbələrin ictimai həyatına rəng qatır. İl boyu Ataköy, İncirli və Şirinevler’de olan kampuslarında festivallar, film nümayişləri, teatr oyunları keçirilir.
Ataköy kampusunda 750 nəfərlik Akıngüç Auditorium və İncəsənət Mərkəzi hər il məzun günlərinə möhtəşəm konsertlərə və tədbirlərə ev sahibliyi edir.
İstanbul Mədəniyyət Universiteti, müasir bir təhsilin yanında ictimai, mədəni, idman və bədii fəaliyyətlərə də böyük dəstək verməkdədir.
Tələbələrin boş vaxtlarını səmərəli keçirmələri üçün universitetdə tələbə kulubları,siyasətçilər ,idarəçilər və sevilən sənətçilərlər görüşlər,konsertlər,teatr oyunları,imza günləri ,sərgilər, idman yarışları təşkil edilir.
Universitetin yataqxanaları – kitabxanası, kafeteryaları, səhiyyə mərkəzləri, yeməkxanası, idman qurğuları, bərbəri və bank şöbəsi ilə bir universitet şəhərciyində tapılması lazım olan bütün imkanlara sahibdir. Tələbə klublarının fəaliyyətləri, konsertlər, festivallar, sərgilər, danışıqlar və digər fəaliyyətlər, zəngin bir mədəniyyət, sənət və əyləncə atmosferi yaradır.

 

 

 

istanbulkultur1

DSC03319-2

istanbul kültür üniversitesi (23)

07012016_132951_bd5cba0e-d619-4fa1-ae83-1b2412383395 (1)

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button