Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

“İstərdim ki, Amerika təhsil metodunun əksər ünsürləri Azərbaycan təhsilində də tətbiq edilsin”

elina2ABŞ-ın  İllinoys ştatında Riverdale Senior Orta Məktəbində təhsil alan Elina Hüseynova ilə müsahibə

Salam. Zəhmət olmasa özünü təqdim et..Hansı orta məktəbdə təhsil almısan?

–  Salam.Mən Hüseynova Elina Sumqayıt şəhəri 1 saylı tam orta məktəbdə təhsil almışam…9-cu sinifi orada bitirmişəm və hal hazırda Amerika Birləşmiş Ştatlarının İllinoys ştatında Riverdale Senior Orta Məktəbində (Riverdale Senior High School)  təhsilimi davam etdirirəm.

– Hansı proqram əsasında amerikada təhsil alırsan?Bunun üçün hansı sənədlər tələb olunur?

– Mən Amerikaya FLEX Proqramı vasitəsilə gəlmişəm..Bu Proqramda iştirak etmək üçün siz Azərbaycan Respublikasının vətəndaşı olmalısınız..9, 10, yaxud 11-ci sinif şagirdi olmalısınız..Və ən əsası İngilis dilini lazımi səviyyədə bilməlisiniz.

Niyə məhz Amerika?

– Təhsil almaq üçün ABŞ ən yaxşı seçimlərdən biridir.Çünki, burada təhsilin səviyyəsi çox yüksəkdir.

–  Ailəndən, yaxınlarından çox uzaqda,okeanin o tayında yaşamaq sənin üçün çətin deyilki?

– Xeyr.Bu mənim üçün çətin deyil..Çünki mənim ailəm mənim bu qərarımı dəstəkləyirdi.

–  Azərbaycandan ABŞ-a  gedən uzun bir yolda kimlərə borclusan?(kimlər sənə kömək,dəstək olub)

– Amerikaya gedən yolda rəsmi Amerika təhsil mərkəzi olan Sumqayıt Təhsil Məlumat Mərkəzi (Education USA ) mənə dəstək olub və buna görə onlara təşəkkür edirəm.Uğurlarıma görə həm də ailəmə borcluyam..Çünki, ailəm mənə həmişə kömək olub və dəstəkləyib..Mən bilirəm ki, həyatımda nəyə nail olmuşamsa, bunu ailəmə borcluyam.

– 12-ci sinif sənin həyatında nələri dəyişdi?

Bu çox yaxşı sualdır..Azərbaycanda mən hələ 10-cu sinifdə oxumalı idim,amma ABŞ-a gələndən sonra 12- ci sinif şagirdi oldum. Mən çox şadam ki, mənim belə bir şansım var idi.Amerikan məktəbindən məzun olmaq mənə çox böyük təcrübə verdi.

–  Adətən Amerika deyəndə  ilk öncə azadlıq ,sərbəstlik ağıla gəlir?Azadsanmı?

– Bəli, mən azadam.Mən Azərbaycanda da azad olmuşam,Amerikada da azadam. Azadlıq ölkədən deyil,insanın özündən asılıdır.

ABŞ orta məktəblərindəki  hansı metodu azərbaycan orta məktəblərinə tətbiq edilməsini istərdin?

– Amerikada tətbiq edilən təhsil metodu Azərbaycandakı təhsil metodundan tamamilə fərqlidir..Və mən istərdim ki, Amerika təhsil metodunun əksər ünsürləri Azərbaycan təhsilində də tətbiq edilsin.

– Şagirdlərin qiymətləndirilmə sistemi necə aparılır?

– Qiymətləndirmə sistemi A, B, C, D, F hərfləri ilə aparılır.

–  Nəzərə alsaq ki, Orta məktəbdə (High school) qiymətləndirmə sistemi ingilis əlifbasının A, B, C, D, F hərfləri ilə aparılır. Sizin hərfiniz hansıdır?

– Mənim hərfim A-dır. Qiymətlərim heç vaxt ondan aşağı düşməyib, elə buna görə də mən məktəbimdə 150 şagird içərisindən “top 5 like” seçilmişəm.

– Amerikalı müəllimlərlə azərbaycan müəllimlərinin fərqi?

– Amerikalı müəllimlər daha asan metodla gedən, inamlı və ixtisaslı kadrlardır..

– Amerikalı müəllimlərin azərbaycanlı şagirdlərə münasibəti necədir?Ayrıseçkilik varmı?

– Burda bütün müəllimlərim ilə münasibətlərim çox yaxşıdır. Amerikada Azərbaycandan fərqli olaraq, heç vaxt ayrıseçkiliyə rast gəlməmişəm.

 Təhsillə bağlı gələcək planların?

– Ali təhsilimi xaricdə davam etdirmək istəyərdim.

– Amerika arzusunda olan şagirdlərə tövsiyyən?

– Gərgin işləmək…Çalışmaq…Və özünə inam..!

elina4

 

elina2 elina3 elina1

 

 

 

 

 

 

 

 

 

 

Hazırladı:Aytən Güləliyeva

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button