İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə

Təhsil Nazirliyi 2012/2013-cü tədris ili üçün orta məktəblərin və peşə liseylərinə müəllimlərin işə qəbulu üçün ərizə qəbulunu başa çatdırıb. Təhsil Nazirliyindən bazar ertəsi Trend-ə verilənm məlumata görə, ərizə qəbulu iyulun 1-dən 15-dək aparılıb. Ümumilikdə bu il 3270 vakant müəllim yeri üzrə müsabiqə aparılacaq. Onların 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrədir. Vakant müəllim yerlərinin 48-i peşə liseylərinin payına düşür. Onların 16-sı Bakıdakı, 32-si isə respublikanın digər rayon və şəhərlərindəki peşə liseylərindədir.

Nazirlikdən deyilib ki, vakant müəllim yerləri üzrə keçiriləcək müsabiqədə iştirak etmək istəyənlər iyulun 1-dən elektron ərizələrini doldura bilərlər. Ərizələrin doldurulması üçün sonuncu gün 15 iyuldur.

Qeyd edək ki, 2010-cu ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələdə keçirilir.

gle || []).push({});

Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndirilir.

Daha sonra namizədlər test imtahanı verirlər.

Yekunda – üçüncü mərhələdə isə namizədlər müsahibədən keçirlər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılır.

TN ötən il orta məktəblərdə 2000-dən çox vakant müəllim yeri üzrə müsabiqə elan etmişdi.