Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

İqtisad Universitetində 2012/2013 tədris ilinin qış imtahan sessiyası başa çatdı

iqtisad unverstetiAzərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidməti 2012/2013 tədris ilinin qış imtahan sessiyası başa çatdığını və ilk dəfə olaraq, universitetin bütün fakültələrinin əyani şöbəsinin 1-4 kurslarında təhsil alan 11239 tələbəsi kompyuterləşdirilmiş test üsulu ilə 345 fənn üzrə imtahan verdiyini bildirir.

Ali təhsil ocağından Telebe.az-a verilən məlumata görə, İmtahan nəticələri ilə razılaşmayan tələbələr Universitetdə fəaliyyət göstərən apellyasiya
komissiyasına dərhal müraciət etmiş və komissiya tərəfindən bu müraciətlərə operativ baxılaraq məsələlər əsaslandırılmış şəkildə öz həllini tapmışdır.
Sessiya zamanı yalnız bir tələbə “kafi” qiymət aldığına görə Təhsil Nazirliyinin “Qaynar xətt”inə müraciət edib və bu məsələ araşdırılaraq tələbənin xeyrinə həll edilib.  İmtahanlarda üzürlü səbələrdən iştirak etməyən tələbələrə 04-12 fevral tarixlərində imtahan vermələrinə imkan yaradılacaq, qeyri-kafi qiymət alan tələbələr isə kredit sisteminin tələblərinə müvafiq olaraq, növbəti tədris ilində və yaxud yay semestrində həmin fənn üzrə dərslərdə iştirak edərək akademik borclarını ləğv etmək üçün imkan əldə edəcəklər.

Telebe.az

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button