International Business School-da iş təcrübəsi və bacarıqlarımızı artırmaq üçün çox yaxşı şərait yaradılır

Ayan_Mirzayeva_photo_1Bugünkü müsahibimiz Macarıstanın paytaxtında yerləşən International Business School-da (Beynəlxalq Biznes Məktəbi) təhsil alan Azərbaycanlı tələbə Ayan Mirzəyevadır. O, Macarıstanın təhsil sistemi, oxuduğu universitet və tələbə həyatı barədə olan fikirlərini bizimlə bölüşmüşdür. Həmin müsahibəni oxuculara təqdim edirik.

 -Təhsil aldığınız univeristet və ixtisasınız haqqında oxuculara məlumat verə bilərsinizmi?

IBS müxtəlif yerlərdən olan tələbələrin biznes təhsili almaq, həyati təcrübə toplamaq və gələcək karyeraları üçün əsas bacarıqlarını inkişaf etdirmək üçün bir məktəbdir. Mən Maliyyə Menecmenti ixtisası üzrə təhsil alıram. Burada ən çətin proqram olsa da, mən seçimim ilə çox məmnunam. Çünki, maliyyə iqtisadiyyatın bütün sahələrini əhatə edir.

 – International Business School-un digər universitetlərdən əsas fərqi nədir? Xaricdə təhsil almaq istəyən tələbələrə IBS-in hansı cəhətlərini məsləhət görə bilərsiniz?

Birincisi, IBS-də seminarların interaktiv olmasıdır. Hər bir seminarın mövzusu struktur və sxematik göstərilir və onlar Power Point Slayd formasında nümayiş etdirilir.

İkincisi, Moodle sistemi tədqiqatlar üçün bir çox köməklik göstərir. Bu onlayn platformada oxumaq üçün kitablar, təqdimatlar, məqalələr, tapşırıqlar, son meyarlar və tələblər haqqında məlumat almaq olar.

Üçüncüsü, bizim iş təcrübəsi və bacarıqlarımızı artırmaq üçün ali məktəbdə çox yaxşı şərait yaradılır. Məsələn, qrup işləri, yazılı tapşırıqlar, təcrübələr, necə CV yazmaq və özünü təqdim etmək. Bundan başqa, IBS-də əmək yarmarkaları vardır ki, burada tələbələr iş üçün şirkətlər və imkanları haqqında məlumat əldə edə bilərlər.

 -Necə oldu ki, məhz Macarıstanda təhsil almağa başladınız? Bu ölkəyə sizi nə cəlb etdi?

Mənim əsasən universitetin verdiyi  imkanlar xoşuma gəldi, və bu mənim seçimimə  təsir edən əsas amil oldu.  Bundan başqa mən həmişə Avropada təhsil almaq istəyirdim.

 -İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatdı?

Mən ilk dəfə Macarıstana gələndə məni hansı “sürprizlərin” gözlədiyini bilmirdim. Lakin,  Budapeşt məni çox təəccübləndirdi. Budapeşt həqiqətən çox gözəl  şəhərdir.

 -Tələbə həyatı barədə məlumat verə bilərsinizmi? Məsələn, Macarıstanda tələbələr öz asüdə (boş) vaxtlarını necə keçirirlər?

Əlbəttə. Çox vaxt biz yaxşı qiymətlər almaq üçün imtahanlara hazırlaşırıq. Buna görə boş vaxtlarımız az olur. Əsas hobbim boş vaxt tapanda ədəbiyyat oxumaq, foto çəkməkdir. Sözün düzü, bu şəhərdə vaxt keçirmək üçün  çox şərait var. Siz yalnız Dunay çayı boyunca, parklarda gəzə və ya velosiped sürə bilərsiniz. Bundan başqa dostlarla birlikdə kafedə oturmaq olar.

 – Ali məktəbdə keçdiyiniz fənlərdən ən çox hansı xoşunuza gəlib və nəyə görə?

   Mən üstünlük verdiyim müəllimlərlə bu semestr üçün öz dərs cədvəlimi tərtib etmişəm.   Mənə ötən ildən Mühasibatlıq maraqlı idi. Bu ilin iki ayı ərzində xoşuma gələn fənlərdən isə Marketinq olub. Burada şirkətlərin təşviqi və reklamı, gündəlik həyatda istifadə məhsulları üçün marka yaradılması strategiyaları haqqında çox şey öyrənirəm.

 -Maraqlı müsahibəyə görə təşəkkür edirik.

– Mən də Sizə təşəkkür edirəm.

Ayan_Mirzayeva_photo_2Ayan_Mirzayeva_photo_5Ayan_Mirzayeva_photo_4Ayan_Mirzayeva_photo_3


Leave a Reply

Your email address will not be published.

İngilis dili 45 AZN!
Ünvan