Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

“Insan alveri” mövzusunda Təlim keçiriləcək

abaceeli_3Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELI) Bakı Ofisi vəkillər və praktik hüquqşünaslar üçün – “Insan alveri” mövzusunda Təlim təşkil edəcək.

Təlim 9 Noyabr 2013-cu il tarixdə, saat 10:00-dan 17:00-dək ABA CEELI-nin Bakı ofisində keçiriləcək

(ünvan: Bəşir Səfəroğlu küçəsi 133, SAT Plaza, 4-cu mərtəbə).  Tədbiri “Azərbaycan Miqrasiya Mərkəzi” Ictimai Birliyinin sədri Əlövsət Əliyev aparacaq.

25-30 nəfərin iştirakı nəzərdə tutulan təlimdə iştirakçılar insan alverinin xarakterik cəhətləri, insan alverçiləri və qurbanlar, insan alverinin nəticələri və qarşısının alınması, insan alveri cinayətinin hüquqi tənzimlənməsi və s. məsələləri müzakirə  edəcəklər.

Təlimdə uğurla iştirak etmiş şəxslərə sertifikat təqdim ediləcək.

Təlimdə iştirak üçün CV-nizi 07 noyabr 2013-cu il,  saat 18:00-dek elektron poçtla ABA CEELI-nin Bakı ofisinə göndərə bilərsiniz (əlaqə: [email protected]).

Təlimə seçilən iştirakçıların siyahısı noyabrın 8-de e-mail vasitəsilə açıqlanacaq.

Qeyd: Tədbirdə iştirak ödənişsizdir və Vəkillər Kollegiyası üzvlərinin CV təqdim etməsinə ehtiyac yoxdur.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button