Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

İndoneziyada təhsil

İndoneziya Hökuməti tərəfindən bu ölkənin ali təhsil müəssisələrində magistr təhsili almaq arzusunda olan namizədlər üçün təqaüd elan edilir. 3 illik təqaüd proqramı çərçivəsində tələbələr 1 il müddətində İndoneziya dili və digər müvafiq fənlər üzrə hazırlıq kursu keçəcək, sonrakı iki il ərzində isə aşağıdakı sahələrdən biri üzrə magistr təhsili ala biləcəkdir:

• Humanitar elmlər
• Təbiət elmləri
• Kənd təsərrüfatı
• Sosial elmlər
• Mühəndislik
• Təhsil
• Digərləri (turizm, biotexnologiya, müqayisəli dinşünaslıq, tətbiqi incəsənət)

Təqaüd çərçivəsində namizədin təhsil və beynəlxalq nəqliyyat xərcləri ödəniləcəkdir.

• namizəd maksimum 35 yaşda olmalı;
• bakalavr təhsilinə malik olmalı;
• TOEFL balı 450 (və ya digər müvafiq bal həddində) olmalıdır.

Proqramda iştirak edəcək namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

• ərizə forması;
• namizədin oxuduğu\çalışdığı qurumdan müvafiq rəsmi məktub;
• pasport/şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamənin surəti;
• diplom və diploma əlavənin notarial qaydada tərcümə və təsdiq edilmiş surətləri;
• müvafiq TOEFL sertifikatı (son 12 ay ərzində alınmış);
• sağlamlıq haqqında arayış.
Proqram haqqında ətraflı məlumatları http://www.knb.diknas.go.id/ internet ünvanından əldə etmək mümkündür.

Namizədlər elektron qaydada qeydiyyatdan keçməli və yuxarıda göstərilmiş müvafiq sənədləri cari ilin 1 may tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova tel 496 34 00-248) təqdim etməlidirlər.

Telebe.az

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button