Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Magistraturaya qəbul imtahanlarının vaxtı dəyişir

imtahannnnnnnnBu il magistrlar fevralın sonu və mayın əvəllərində imtahan verəcəklər

Bu il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar ali təhsil müəssisələrinin magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarının da vaxtı dəyişir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Əliyev bu gün keçirilən mətbuat konfransında bu barədə məlumat verib.

O, qeyd edib ki, ötən il magistraturaya qəbul imtahanının I mərhələsi mart ayında keçirilib. Bu il isə birinci mərhələnin fevralın sonunda aparılması nəzərdə tutulur. İkinci mərhələ isə aprelin sonu və ya mayın əvvəlində aparılacaq.

N.Əliyevin sözlərinə görə, qəbul siyahısında yeni ixtisaslaşmalarla bağlı elə bir dəyişiklik yoxdur.

Qeyd edək ki, Avropa Oyunları ilə bağlı təhsil müəssisələrində tətil günlərinin də vaxtı dəyişdirilib. Bu barədə təhsil naziri müvafiq əmr də imzalayıb./anspress.com

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button