Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

İMTAHANLARIN TƏXİRƏ SALINMASI İLƏ BAĞLI AÇIQLAMA…

Koronavirus pandemiyası ilə əlaqədar olaraq imtahanların təxirə salınması cəmiyyətdə əlavə bir narahatlığa səbəb olub.
Son günlərdə Dövlət İmtahan Mərkəzinə ünvanlanan sualların sayı da çoxalıb, lakin təhsil ekspertlərinin gəldiyi ümumi nəticə budur ki,  yaranan problemlərlə əlaqədar məlumat azlığı var.DİM rəsmisi Xanlar Xanlarzadə AzEdu.az-a açıqlamasında səsləndirilən fikirlərə münasibət  bildirib.“Biz rəsmi olaraq məlumatlar veririk. Xəbər verilən gün brifinq də keçirilib.  Əlavə olaraq dəfələrlə mətbuata, televiziyaya müsahibə vermişik.  Sayt və Facebook səhifələrmizdə də məlumatlar var.

Məlum vəziyyətlə əlaqədar 9-cu siniflərə aid 3 imtahan təxirə salınıb. Digər imtahanlar isə yanvar ayında elan edilən qrafikə uyğun olaraq keçiriləcək. Təxirə salınan imtahanların vaxtı da qeyd etdiyimiz kimi imtahan keçirilməmişdən 1 həftə öncə elan olunacaq.

Yeni məlumat olanda brifinq  və ya mətbuat konfransları keçirilir. Bu ümumi qaydadır”.

O həmçinin qeyd edib ki, digər imtahanların keçirilməsi tarixində heç bir dəyişiklik nəzərdə tutulmur.

“ Yaranan vəziyyətlə əlaqədar məsələləri Nazirlər Kabineti yanında operativ qərargah tənzimləyir. Biz, eləcə də digər qurumlar onların qərarlarını icra edirik. Hazırkı vaxta görə bəlli olmayan 2 istiqamət üzrə buraxılış imtahanların tarixləridir. Bu da digər qurumlarla razılaşdırıldıqdan sonra elan ediləcək.

11-ci siniflərin buraxılış imtahanlarına  gəldikdə isə hər hansı bir dəyişikliyin edilməsi nəzərdə tutulmur. Yanvar ayında elan edilmiş qrafikə uyğun tədbirlər həyata keçiriləcək. Hər hansı bir dəyişiklik olarsa, məlumat veriləcək”.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button