Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

IELTS

IELTS – International English Language Testing System. Bu test ingilis dili ünsiyyət vasitəsi kimi istifadə olunan yerlərdə təhsil almaq və ya işləmək istəyənlərin ingilis dili hazırlığını qiymətləndirmək üçün tərtib olunmuşdur.

Ali ixtisas təhsili kurslarında, həmçinin mühacirət xidmətində ingilis dilindən qəbul şərti kimi geniş istifadə olunur.

IELTS TESTİ NƏDƏN İBARƏTDİR?
Testin iki modulu var: Akademik və Ümumi. Qeydiyyatdan keçməzdən əvvəl sizə lazım olan birini seçin. Bütün namizədlərin Dinləmə, Oxuma, Yazma və Danışıq qabiliyyəti yoxlanır.

NƏ VAXT VƏ HARADA TESTDƏN KEÇƏ BİLƏRƏM?
Biz testi ayda bir dəfə, ofisimizdə keçiririk. Dəqiq tarixləri Qeydiyyat və Ödəniş səhifəsində tapa bilərsiniz. İmtahan tarixindən iki həftə sonra Test Hesabat Formaları hazır olur. Sertifikatı götürməyə gəldikdə zəhmət olmasa şəxsiyyət vəsiqəsi və ya pasport gətirməyi unutmayın. İELTS imtahan nəticələrinizi həm də ONLAYN yoxlaya bilərsiniz.

İELTS İMTAHANINA NECƏ HAZIRLAŞMAQ OLAR?
Rəsmi İELTS hazırlıq materiallarını British Council ofisində əldə edə bilərsiniz.  Bu materiallar bir kitab və diskdən ibarətdir və qiyməti 25 AZN-dır. Ödəniş bank köçürməsi ilə aparilmalıdır. Bununla bağlı məlumat almaq üçün [email protected] electron ünvanına email göndərə bilərsiniz.

İELTS imtahanına onlayn qeydiyyatdan keçmiş iştirakçılar tamamilə pulsuz olan və təkrarlanmayan İELTS onlayn hazırlıq materialları əldə edə bilərlər.Bunun üçün siz Road to İELTS səhifəsində öz elektron poçt adresinizi və İELTS qeydiyyat nömrəsini qeyd etməlisiniz. Zəruri məlumat: İELTS imtahanına qeydiyyatdan keçməmiş “Road to İELTS” hazırlıq materiallarından istifadə etmək mümkün deyil.

TEST BALI HANSI MÜDDƏTƏ QÜVVƏDƏ QALIR?
Testin nəticələri iki il müddətində etibarlı sayılır. İki ildən əvvəl alınmış Test Hesabat Forması, ancaq namizədin ingilis dili təcrübəsini aktiv şəkildə artırdığına sübutlar gətirdiyi halda, indiki səviyyənin göstəricisi kimi qəbul oluna bilər.

IELTS testini qəbul edən Amerika universitetlərinin siyahısı

http://www.ielts.org/default.aspx BU SAYTDAN ƏLAVƏ MƏLUMAT ALA BİLƏRSİNİZ

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button