Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

İdman Akademiyası tərəfindən xüsusi qabiliyyət tələb edən “Bədən tərbiyəsi və idman” ixtisası üzrə ödənişsiz sınaq imtahanları keçiriləcək

2017/2018-ci tədris ili üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasın tərəfindən  tələbə qəbulu ilə bağlı 05 – 20 iyun 2017-ci il tarixlərində saat 10:00-dan 17:00-dək xüsusi qabiliyyət tələb edən “Bədən tərbiyəsi və idman” ixtisası üzrə sınaq imtahanları keçiriləcəkdir.

Sınaq imtahanları İdman Akademiyasının stadion kompleksində və gimnastika zalında keçiriləcək. Qeyd edək ki, sınaq imtahanları abituriyentlər  üçün ödənişsizdir.

 

Sınaq imtahanları zamanı abituriyentlər Akademiyanın Atletika və Gimnastika kafedralarının mütəxəssisləri tərəfindən metodiki tövsiyələr, məsləhətlər ala biləcəklər.

Abituriyentlər imtahan normativləri ilə Dövlət imtahan Mərkəzi tərəfindən hazırlanmış xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı olan vəsaitlərdə tanış ola bilərlər.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button