Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Hüquq departamentinə Təcrübəçi (Bakı və regionlar)

Vision Fund AzərKredit MMC Hüquq departamentində Təcrübə keçmə proqramını elan edir.

“Vijn Fond AzərKredit” MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük BOKT-larından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır.

AzərKredit universitet tələbələrinə və məzunlara təşkilatın Bakı, Şabran, Gəncə, Göyçay, Mingəçevir, Saatlı, Biləsuvar, Cəlilabad, Beyləqan, Ağcabədi, Goranboy, Tərtər, Tovuz, Şəmkir ofislərində Hüquq şöbəsində təcrübə keçmə imkanı təklif edir:

Təcrübə proqramı bir aydan üç aya qədər müddətə davam edəcəkdir.

Təcrbüəçinin iş yeri yaşadığı ünvana müvafiq olaraq yuxarıda qeyd edilmiş filial ofislərindən biri olacaq.

Nəzərinizə çatdırırıq ki, təcrübə keçmə ödənişsizdir.

Tələblər:

• Universiteti yeni bitirmiş məzunlar, eləcə də 3-cü və ya 4-cü kurs tələbələri;
• Azərbaycan dilini (həm yazılı, həm də şifahi) yüksək səviyyədə bilməlidir;
• Word, Excel proqramları və məlumat bazalarında işləməyi bacarmalıdır;
• Müraciət etdiyi departamentin işini və işi ilə bağlı mövzuları anlamalıdır;
• Ona həvalə edilən tapşırıqları icra etməli və təşəbbüskar olmalıdır;
• Yüksək səviyyəli ünsiyyət bacarıqları olmalıdır;
• Komandada işləmək və həmkarları ilə mehriban münasibətlər qurmağı bacarmalıdır.

Namizədlər AzərKredit anket formasını dolduraraq bu email ünvanına: [email protected] (xahiş edirik, email məktubunun Mövzu sətrində “intern” sözünü qeyd edin), və ya Faks nömrəsinə: +99412 597 30 39 göndərməli və ya çap variantını 30 İyun 2017-ci il tarixədək AzərKredit filiallarına təqdim etməlidir.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button