Hazırlıq qrupları həm dövlət, həm də özəl universitetlərdə açılacaq

Milli Məclis “Təhsil haqqında” qanuna dəyişikliklər edildikdən sonra prezident İlham Əliyev bir müddət öncə sənədi təsdiqləyib.

 

Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunacaq.

Hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada həyata keçiriləcək.

 

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Bəs hazırlıq qrupları hansı universitetlərin nəzdində fəaliyyət göstərəcək?

 

Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Modern.az-a bildirib ki, universitetlərdə hazırlıq qruplarının yaradılması Təhsil Nazirliyi tərəfindən müəyyənləşdiriləcək.

 

“Universitetlərdə hazırlıq qruplarının yaradılmasına növbəti tədris ilindən başlanılacaq. Bu hazırlıq qrupları qəbul planları kəsirlə yerinə yetirilən, tələbə axını bir qədər az olan ali təhsil müəsissələrində fəaliyyət göstərəcək. Ona görə də belə ali təhsil müəssisələrində boşluğu aradan qaldırmaq üçün hazırlıq qruplarının yaradılmasına ehtiyac var”.

Deputat qeyd edib ki, hazırlıq qrupları özəl və dövlət ali təsil müəssisələrində açıla bilər.

“Düşünürəm ki, bu barədə dəqiq məlumatı yaxın zamanlarda Təhsil Nazirliyindən eşidəcəyik”.

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group