Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Harvardın 60 tələbəsi universitetdən qovulub

harvardFaktXeber-in verdiyi məlumata görə, Harvard Universitetində 60-ə qədər tələbə imtahanın cavablarını köçürdüyü üçün təhsil ocağından xaric edilib. Bu barədə ictimaiyyətə “France Presse” agentliyi məlumat yayıb. Verilən məlumata görə, eyni sayda tələbə barəsində isə müxtəlif cəzalar tətbiq olunub.

Qeyd edək ki, Harvard Universiteti ətrafında qalmaqal bu ilin avqust ayında 125 tələbənin imtahan zamanı bir-birinə kömək etməsindən sonra yaranıb. Həmin vaxt Universitetin prezidenti Dryu Faust mətbuata bildirmişdi ki, aparılan araşdırmalardan sonra saxtakarlıq etmiş tələbələr sərt şəkildə cəazalandırılacaq.

Məlumat üçün bildirək ki, Harvard Universiteti ABŞ və dünyanın ən məşhur universitetlərindən biri hesab edilir. Əsası 1636-cı ilin 8 sentyabrında qoyulub. Universitetin əsas kapitalı 34,9 milyard ABŞ dollarıdır.

 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button