Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Hər bir tələbənin yazısı plaqiarizmin qarşısını almaq üçün xüsusi proqramla yoxlanıldığından burada imtahan zamanı köçürmə halları qeyri- mümkündür

Telebe.Az- ın Şotlandiyanın Qlazqo Universitetində İqtisadi və Maliyyə Siyasətləri Sektoru ixtisası üzrə magistr təhsili alan Rəşad Həsənovla müsahibəsi…Telebe.Az- ın Şotlandiyanın Qlazqo Universitetində İqtisadi və Maliyyə Siyasətləri Sektoru ixtisası üzrə magistr təhsili alan Rəşad Həsənovla müsahibəsi…Telebe.Az- ın Şotlandiyanın Qlazqo Universitetində İqtisadi və Maliyyə Siyasətləri Sektoru ixtisası üzrə magistr təhsili alan Rəşad Həsənovla müsahibəsi…

– Özünüz haqqında məlumat verin. Şotlandiyada təhsil alanadək Azərbaycanda harada oxumusunuz və hansı işlərlə məşğul olmusunuz?

– 2004-cü ildə ADİU-nin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olmuşam. 2005-ci ildə imtahan verərək XİQ-ə qəbul olundum. 2008-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirdim.

Təhsil aldığım 4 il ərzində BP Azərbaycan, yerli və beynəlxalq QHT-lərdə çalışmış, professional karyeramda ilk addımlarımı atmağa başlamışam.Bununla yanaşı, 2008-ci ilin iyul ayından 2009-cu ilin iyul ayınadək Azərbaycan Respublikası silahlı qüvvələri sıralarında hərbi xidmətimi keçmişəm.

– Şotlandiyada təhsil almaq üçün hansı proqramla bu ölkəyə getmisən? Bunun üçün hara müraciət etmək lazımdır və hansı sənədlər tələb olunur?

– Şotlandiyanın Qlazqo Universitetinə qəbul olduqdan sonra Təhsil Nazirliyinə gedib Dövlət Proqramı üçün hansı sənədlərin lazım olduğu barədə məlumat aldım. Bu proses gözlədiyimdən də asan keçdi. Belə ki, qəbul haqqında sənədlə yanaşı, cəmi bir neçə əsas sənəd- o cümlədən, CV, Bakalavr diplomu və diplomdan çıxarış və s. tələb olunurdu. Bu sənədləri təqdim etdikdən sonra müsahibəyə dəvət olundum. Bir müddət sonra Dövlət proqramına qəbul olunduğumu bildirdilər.

– Şotlandiyanın  kifayət qədər bahalı ölkə olduğu məlumdur. Sənin bir gün  üçün nə qədər xərcin  çıxır?

– Doğurdan da, ölkəmizlə müqayisə etsək, burada qiymətlər daha bahadır. Əsas xərcim qaldığım tələbə yataqxanasının haqqını ödəməyə və gündəlik yaşayış xərclərimə çıxır. Kitabların bir çoxu kitabxanada olduğundan kitablara xərcim o qədər də çıxmır. O ki, qaldı gündəlik xərcin miqdarına, konkret bir rəqəm demək çətindir. Çünki, adətən, alış-verişi həftəlik edirəm. Sadəcə, onu deyə bilərəm ki, Dövlət Proqramından ayrılan vəsait tamamilə kifayət edir.

– Şotlandiyada təhsil almaq istəyən  yaxşı universiteti  necə seçə bilər?

– Öz təcrübəmdən onu deyə bilərəm ki, Xaricdə Təhsil proqramının siyahısında olan universitetlərə baxmaq kifayətdir. Çünki, o siyahıda ancaq nüfuzlu universitetlərin adına rast gəlindiyindən, məncə, başqa yerə baxmağa ehtiyac yoxdur.

– İqtisadi böhran Şotlandiyadakı əcnəbi tələbələrin  həyatına necə təsir edib?

– Belə hesab edirəm ki, iqtisadi böhran Şotlandiyadakı əcnəbi tələbələrə bir o qədər də təsir etməyib. Bəlkə də, 2 il öncə vəziyyət fərqli idi. Ancaq keçən ilin sonuncu rübündən Şotlandiya iqtisadiyyatı son illərdə ilk dəfə müsbət artım tempinə nail olduğundan, həmçinin, burda təhsil alan əcnəbilərin əsasən imkanlı və ya sponsorlu tələbələr olduğundan düşünmürəm ki, bu il iqtisadi böhran onların həyatına mənfi təsir etsin.

– İngilis və əcnəbi tələblər imthan zamanı “şparqalkadan” istifadə edirlər?

– Burada olduğum müddətdə belə bir hala rast gəlməmişəm. Hətta evə verilən tapşırıqlar üzərində belə ciddi nəzarət olur. Belə ki, hər bir tələbənin yazısı plaqiarizmin qarşısını almaq üçün xüsusi proqramla yoxlanılır.

– Orada müəllimə rüşvət təklif edən tələbəni nə gözləyir?

– Açığı, belə bir halı təsəvvür edə bilmirəm. Bu barədə məlumatım yoxdu. Ancaq hesab edirəm ki, həmin tələbəyə qarşı ən sərt tədbirlər həyata keçirərlər.

Rəşad Mehbalıyev

/Telebe.Az/

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button